“Şeytan barmağı” öz işindədir

03.02.2022 - 16:51
Azərbaycan avtomobillərini erməni separatçıların yoxlaması hiddət doğurdu
 
“Separatçı və işğalçıların, eləcə də Rusiya hərbçilərinin torpaqlarımızdakı təxribatçı davranışlarına göz yummaq, hadisələri malalamaq olmaz”
   Suqovuşan-Kəlbəcər istiqamətində hərəkət edən Azərbaycan avtomobilinin yoxlanmasını əks etdirən video-görüntülər sosial şəbəkədə kəskin etirazlara səbəb olub. Çəkiliş zamanı aydın olub ki, Suqovuşan-Kəlbəcər marşrutu ilə hərəkət edən avtomobillər sadəcə Rusiya sülhməramlıları yox, “polis” uniforması geyinmiş erməni separatçılar tərəfindən də yoxlanılır. Separatçıların Azərbaycan torpaqlarında özlərini “ev sahibi” kimi aparması və Rusiya sülhməramlılarının buna imkan verməsi ölkə ictimaiyyətini hiddətləndirib. Ekspertlərin fikrincə, rus “sülhməramlıları” narazılıq doğuran addımlarla xalqın səbr kasasını doldurmaqdadır. 
 
Yayılan video-görüntülərlə bağlı “Şərq”ə danışan Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli deyib ki, təxminən bir il əvvəl Qarabağda bir dəstə erməni Drmbon kəndi istiqamətində avtomobil yolunu bağlayaraq, ultimatum irəli sürmüşdü. Həmin vaxt 5-10 nəfərlik “aksiya” iştirakçılarının qarşısına çıxan sülhməramlı general “erməniləri başa düşdüyünü” və onların tələbinin rəhbərliyə çatdırılacağını demişdi. Sözarası Qarabağı da “Artsax” adlandırmağı unutmamışdı: 
“Bu faktı boş yerə xatırlatmıram. Bunun ardınca sosial şəbəkələrdə Ağdərə-Kəlbəcər yolu ilə Kəlbəcərə tikinti materialları daşıyan maşınlarımızın Azərbaycan bayrağı və nömrəsi ilə hərəkətinə sülhməramlılar tərəfindən qadağa qoyulmasına dair video yayılmışdı. Məlum olmuşdu ki, rus hərbçiləri Suqovuşandan o yana avtomobillərimizin Azərbaycanın suveren ərazilərinə öz bayrağı altında hərəkətinə “icazə” vermir. Tikinti materiallarını boşaltdırır və öz maşınlarına yüklətdirir. Çünki bu daşımanı ancaq Rusiya nömrəli maşınlar həyata keçirə bilər. İndi Azərbaycan avtomobillərini erməni separatçılarının yoxlaması da eyni senarinin tərkib hissəsidir. Sülhməramlıların bizim maşınların Ağdərə-Kəlbəcər yolu ilə hərəkətinə qadağa qoymasının səbəbi Qarabağla Ermənistanı birləşdirən ikinci yolun – Ağdərə-Vardenis yolunun açılması tələbinə rəsmi Bakının razılıq verməməsidir. Şübhəsiz, icazə verib-verməmək bizim haqqımızdır. Söhbət Azərbaycanın suveren sərhədləri daxilindəki ərazilərdən və yollardan gedir. Üçtərəfli razılaşmada Qarabağın dağlıq hissəsini Ermənistanla birləşdirən yeganə yol – Laçın dəhlizi göstərilib. Deməli, ermənilər canları çıxıb həmin yolla hərəkət etməlidirlər”.
 
S.Əsədliyə görə, Qarabağa “şeytan barmağı” kimi girən Rusiya ordusu bütün dünyanın Azərbaycan ərazisi kimi tanıdığı torpaqlarımızda sərbəst hərəkətimizə icazə vermir: 
“Ruslar burada sözün əsl mənasında ağalıq edirlər. Qarabağ “münaqişəsi”nin odu 44 günlük savaş nəticəsində, şəhidlərimizin, qazilərimizin canı-qanı bahasına söndürülsə də, közü hələ Laçın dəhlizindəki kəndlərdə, Xankəndi, Xocalıda, Əsgəranda, Ağdərə və Xocavənddədir. Separatçı və işğalçıların, eləcə də Rusiya hərbçilərinin torpaqlarımızdakı təxribatçı davranışlarına göz yummaq, hadisələri malalamaq olmaz. Əgər üzərindən keçsək, bir müddət sonra oxşar faciələr yenidən təkrarlanacaq”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=170023

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2022
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031