Bizim dost itirən vaxtımız deyil

16.01.2014 - 01:25

Ağıllı insanlar oturduğu ağacın budağına
balta çalmazlar

“Əziz
cəbhəçilər, musavatçılar! Kəmfürsətlilərin əlinə fürsət verməyin, getməyin
onların oyununa”

“Yol bəllidir,
getmək üçün yolçusunu gözləyir. Fərqi yoxdur, sən o yolu bu gün Cəmil
Həsənlinin rəbərliyi altında Milli Şurada, ya İsa Qəmbərin rəhbərliyi altında
Musavat partiyasında gedirsən. Əsas odur ki, yolunu düz seçəsən…”

 

Ağıllı insanlar oturduğu ağacın budağına
balta çalmazlar

“Əziz
cəbhəçilər, musavatçılar! Kəmfürsətlilərin əlinə fürsət verməyin, getməyin
onların oyununa”

“Yol bəllidir,
getmək üçün yolçusunu gözləyir. Fərqi yoxdur, sən o yolu bu gün Cəmil
Həsənlinin rəbərliyi altında Milli Şurada, ya İsa Qəmbərin rəhbərliyi altında
Musavat partiyasında gedirsən. Əsas odur ki, yolunu düz seçəsən…”

 

 

 

Musavat partiyasının Milli Şuradan getməsi
son günlərin əsas müzakirə mövzularından olmaqla müxalifət daxilində müəyyən
gərginliyə yol açıb. Bəzi musavatçılar və cəbhəçilər mediada, sosial
şəbəkələrdə əməlli başlı qırğına çıxıblar. Sanki illərdir yığılıb qalan bütün
kin və küdrətlərini, enerjilərini bir- birilərinin üstünə tökməyə fürsət
axtarırmışlar. Elə bil ki, onlara ötən 20 ildə zülm edib, zindanlara atan,
insan kimi normal yaşayış hüququnu əllərindən alan, bəzən ailələrinin yanına əli boş, bir parça
çörəksiz göndərən Əliyevlər rejimi yox, Musavat və ya AXCP olub. Nə baş verir,
bəylər? Bəlkə bir az düşünəsiniz? Düzdür, bu qarşıdurmada fəal iştirak edən
AXCP üzvləri həmən sual edər ki, bəyəm nə baş verdiyinin fərqində deyilikmi?
Niyə Musavat partiyası bizi yarı yolda qoyub Milli Şuradan çıxdı, bizə arxadan
zərbə vurdu? Musavatçılar isə deyə bilər ki, cəhbəçilər bizi hakimiyyətə
satılmaqda ittiham edirlər və s.

Musavata dost
qınağı…

 

Əlbəttə bəri başdan deyim ki, Musavat
partiyasının Milli Şuradan çıxması ilə bağlı həm Rüstəm İbrahimbəyovla, həm də
guya qurumun hədəflərinin müəyyən olunmamasına dair məlum qeydləri ilə razı
deyiləm. Eyni zamanda partiyanın Milli Şuradan getməsini də doğru sanmıram. Bu
gediş dotlarda təəssüf, rəqiblərdə sevinc ovqatı yaratsa da amma faciə də
deyil. Musavat partiyası illərin partiyasıdır, orda kifayət qədər əqidəli,
mübariz insanlar və dostlarımız var. Hər hansı qərara görə əsası Məmməd Əmin
Rəsulzadə tərəfindən qoyulmuş, Azərbaycanın azadlıq və müstəqillik tarixinə
böyük töhvələr vermiş qos- qoca bir
partiyanın və onun fədəkar üzvlərinin üstündən xətt çəkib damğalamaq olmaz.
İnsanları düşüncələrinə görə ittiham etmək doğru olmadığı kimi hər bir kəsi və
təşkilatı qaydalar çərçivəsində fəaliyyətinə, tutduğu mübarizə yoluna görə də
ittiham etmək olmaz. Biz əlimizə silah götürüb Musavat partiyası Divanın qəbul
etdiyi məlum 06 yanvar qərarına görə onları nə qədər təftiş və ittiham etsək də
bu, ancaq ümumi işin ziyanına ola bilər.

… Bəzən bir şeyi əldə etmək üçün onu
sərbəst buraxmaq və ya özündən kənara atmalısan. İnsanları özlərini tam ifadə
etmələri üçün şərait yaratmaq və vaxt tanımaq lazımdır. Hər bir kəs öz seçdiyi
yolla gedir; “Niyyətin hara mənzilin də ora”. Zorla gözəllik olmadığı kimi
ictimai siyasi fəaliyyətlə məşğul olanları da hansısa siyasi mövqe nümayiş
etdirməyə məcbur etmək olmaz. Zatən bunun nəticəsi də yoxdur…

Musavat partiyasının Milli Şuradan çıxması
bir çox dostlara pis təsir edib. 20 ildir ki, Əliyev rejiminin repressiyaları
altında əzilən, zülm çəkən bir çox əqidədaşlarımız musavatçı dosltarımızın
Milli Şuranı yarıda buraxmasını həzm edə bilmirlər. Bəlkə də haqlıdırlar, amma
bu o demək deyil ki, gedənləri kəskin şəkildə ittiham edib onları satqınlıqda
və bu kimi digər məsələlərdə ağır suçlamaq olar. Hər bir məsələnin xoş tərəfini
axtaraq. Musavat partiyası Milli Şuradan gedib, müxalifət cəbhəsindən getməyib.
Milli Şuranın özü və quruma daxil olan təşkilatlarla əməkdaşlığa hazır olduğunu
da bəyan edib.

 

AXCP- Musavat,
bir ağacın iki budağı…

 

Son gün baş verənlər- hər iki partiya və
onlara yaxın media əməkdaşları arasında qarşılqlı ağır ittihamlar heç də xoş
mənzərə deyil. Bu ittihamlar Əliyevlər rejiminə qarşı aparılan mübarizədə
Musavat partiyasının Milli Şuradan çıxmasından dəfələrlə çox ziyan vurur.
Münasibətləri, tərəfdaşların inamını, mübarizəsini sarsıdır. Bəzi kəslər sanki
illərdir zaman gözləyirmiş kimi bu qarşıdurmanı körükləməklə məşğuldur. O
kəslər hakimiyyət projesində yer alıb onun dəyimanına su tökməklə məşğuldurlar.
Onlar diqqəti ölkədəki dözülməz şəraitdən, haqsızlıqdan, intiharlardan, seçki
saxtakarlığından yayındırıb süni şəkildə AXCP Musavat qarşidurmasına
yönəldirlər. Tərəflərdən 3- 4 nəfərin deyişməsini 2 partiyanın qan düşmənçiliyi
kimi təqdim edib təkcə Milli Şurada deyil, ümummüxalifət cəhbəsində parçalanma,
qarşıdurma görüntüsü yaratmağa çalışırlar.

Əziz cəbhəçilər, musavatçılar!
Kəmfürsətlilərin əlinə fürsət verməyin, getməyin onların oyununa. Atalarımızın
gözəl misalı var; dalaşanda elə dalaş ki, barışmağa yer qoy. Bir- biriləriniz
haqqında 15- 17 il öncəyə dair iddia ilə danışırsınız? Məntiqi baxımdan sizə
sual edər ki, doğrudan da sən bu qədər xalqını, millətini sevdiyini, obyektiv,
dürüst olduğunu iddia edirsənsə bəs bildiyin bu həqiqətləri niyə indiyə qədər
paylaşmırdın? Və ya aranızda bunca xüsusat olduğu cürəcdə siz necə bir yerdə,
çiyin- çiyinə mübarizə aparırdınız, birgə mübarizədən, bir təşkilatda
birləşməkdən danışırdınız? Bəs bunlar nədir? Əgər siz doğrudan da bir yerdə ola
bilməyəcəkdinizsə bəs tərəfdarlarınıza, xalqa niyə ümid verib yalan deyirdiniz?
Ona görə də öyəndə də, söyəndə də ayaq yeri qoyun. Ağıllı insanlar oturduğu
ağacın budağına balta çalmazlar. AXCP də, Musavatda sizlərin illər uzunu bir
yerdə oturduğunuz bir ağacın ayrı- ayrı budaqlarıdır. Bunu unutmayın. Onu da
unutmayın ki, sizləri siz edən, üzvü olduğunuz partiyanın sıravi fədakar,
əqidəli insanlarıdır. “Yeni Musavat” və “Azadlıq” qəzeti bu günkü səviyyəyə
həmin fədakar insanların çiynində və vəfalı oxucuların əzmkarlığı, qəpik-
quruşları ilə gəlib çıxıb. Qələmin vəzifəsi xalqa xidmət etmək olduğu kimi
sizlərin də vəzifəsi sizlərə etibar olunan tribunadan bir- birinizə qarşı
deyil, xalqı zəlil günə qoyan, onun bütün varidatını sümürüb yeyən, millətin
haqqını tanımayan Əliyevlər rejiminə qarşı istifadə etməkdir. Unutmayın ki,
oxucu halallığı deyilən bir halallıq da var… Səyavuş Novruzovların, Mübariz
Qurbanlıların “Milli Şura dağılacaq”, “AXCP və Musavat bir- birinə qənimdir,
düşməndir” və s. kimi iddialarının reallaşdırılmasına imkan verməyin.

 

Elçibəyin ruhunu
rahat buraxın

 

Bu qarşılıqlı ittihamlarda ən xoşa gəlməz
hallardan biri də Elçibəyin adının qalmaqala qatılmasıdır. Kimin haqq, kimin
haqsız olduğunu araşdırmaq fikrində deyilik. Amma bütün mənalı həyatını Azərbaycan
xalqının hürr və azad, bütöv millət, dövlət halında yaşamasına həsr etmiş və bu
yolda həyatını qurban vermiş, dünyasını dəyişmiş mərhum bir şəxsi şahid
göstərib, zamanında onun dediyi və ya
demədiyi fikirləri sitat kimi gətirib özünə bəraət, qarşındakına küfr qazandırmaq heç bir ölçüyə, əndazəyə sığmır.
Elçibəyin ruhunu rahat buraxın. Elçibəyi davanıza qatmaqdansa ona sağlığında
layiq olduğu dəyəri vermək daha düzgün olardı.

 

Orda bir yol var uzaqda…

 

Söhbət Elçibəydən düşmüşkən bu günki yersiz və
ifrat cəbhəçi- musavatçı qarşıdurması ilə bağlı onun bir fikrini xatırlatmaq
yerinə düşərdi. AXCP sədri deyirdi ki, ən böyük musavatçı mən özüməm. Yəni
Əbülfəz bəy əqidəli musavatçını və cəbhəçini heç zaman ayırmırdı, sevirdi.

Azərbaycan xalqı illər uzundur ki, bir yol
gəlir. O yol Rəsulzadə- Elçibəy yoludur. O yol Azərbaycan xalqının
avtoritarizmə, haqsızlığa, saxtakarlığa qarşı mübarizə yoludur. O yol xalqın
nicat yoludur! O yol xalqı sevmək, onu qorumaq və ona hizmət etmək yoludur. O
yol halallıq, düzlük yoludur. O yol Azərbaycanın müstəqillik, azadlıq,
demokratiya və bütövlük yoludur. Yol bəllidir, getmək üçün yolçusunu gözləyir.
Fərqi yoxdur, sən o yolu bu gün Cəmil Həsənlinin rəbərliyi altında Milli
Şurada, ya İsa Qəmbərin rəhbərliyi altında Musavat partiyasında gedirsən. Əsas
odur ki, o yolu gedirsən, tək də gedə bilərsən. “Haqq bildiyin yolu tənha
gedəcəksən” sözü bəlkə də burdan yaranıb. Biz hədəflərimizə ulaşana kimi haqq
bildiyimiz bu yolu getməliyik. Könül istərk ki, bir yerdə gedək…

Həfədimiz bəllidir, təşkilatımız da
bəllidir, Yolbayımız da bəllidir.

Yolçu yolunu gözləyir. Gəlin enerjimizi,
gücümüzü bir- birimzə qarşı deyil, yolumuzu getməyə və hədəfimizə çatmağa
yönəldək!

Tanrı yoluna sadiq olanlara yardımçı olsun!

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3409

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031