Paşinyanın oğlunun Xankəndi macəraları

06.12.2018 - 10:16

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın Azərbaycanın işğal altındakı torpaqlarında hərbi xidmət çəkən oğlu ilə bağlı yeni məlumatlar yayılıb.

 

Modern.az xəbər verir ki, Ermənistanın Voskanapat.info saytının müxbiri, “Panduxt” imzalı jurnalist Nikol Paşinyanın oğlu ilə bağlı sensasion iddia ilə çıxış edib.

“Ölkəmizin ən ağır vaxtlarında hərbi xidmətdən yayınan “dezertir-baş nazir”in oğlu Aşot Paşinyan yüksək rütbəli mühafizəçi zabitlərin müşayiəti ilə Xankəndi küçələrində gəzərkən görülüb. Başqa vaxt isə Paşinyanın oğlu Xankədinin məşhur Tumanyan 57 küçəsindəki “Florens Qarden” restoranında alkoqollu içkilərlə öz yanını isitdiyi bütün Qarabağ ermənilərinə məlumdur. Bundan başqa, o, alkoqollu içkilərdən sonra ermənilərin sayseçmə qızlarını öz yanına gətizdirir ”-deyə jurnalist qalmaqal yazıb.

Xatırladaq ki, Nikol Paşinyanın oğlu Aşot Paşinyan 2018-ci il iyulun 9-da guya ki, öz istəyi ilə Azərbaycanın işğal altında olan Qarabağ bölgəsinə könüllü hərbi xidmətə yollanmışdı.

Onun hərbi xidmətini komfortlu şəraitdə keçirməsi, imtiyazlı və zabitlər tərəfindən göz bəbəyi kimi qorunması barədə çoxsaylı məlumatlar verilir.

Ölkə müxalifəti isə Aşot Paşinyanın Qarabağa xidmətə göndərilməsini Nikol Paşinyanın öz reytinqini əldə saxlamaq üçün atdığı addım kimi qiymətləndirir.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=125296

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031