İsa Qəmbərin oğlu namizədliyini verdi

14.12.2019 - 10:22

Müsavat Partiyasının eks başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin oğlu Turqut Qəmbər növbədənkənar parlament seçkilərində iştirak edəcək. Bu barədə o sosial şəbəkədə yazıb.

T.Qəmbər bildirib ki, bu gün növbədənkənar 9 fevral parlament seçkilərində iştirak etmək üçün namizədliyinin təsdiqlənməsi üçün lazımi sənədləri təqdim edib: “Namizədliyimi 22 saylı ikinci Nəsimi seçki dairəsindən irəli sürürəm. Namizədliyimi dəstəkləyən, mənim təbliğat kampaniyamda könüllü kimi iştirak etmək istəyən vətəndaşları komandama qoşulmağa dəvət edirəm. Bu müddət ərzində imzatoplama kampaniyasında, sonrakı mərhələdə təbliğat kampaniyasında, qapı-qapı görüşlərdə iştirak etmək istəyənlər bildirsinlər. Bu barədə namizədliyim təsdiq olunandan sonra bir də çağırış edəcəm.

Seçki vətəndaşları fəallaşdırmaq, təşkilatlandırmaq, insanlarla birbaşa ünsiyyət, siyasi prosesə yaxından cəlb etmək üçün indiki şəraitdə ən yaxşı fürsətdir. Hakimiyyətin seçkiyə münasibəti barədə illüziyam yoxdur, ancaq bu müddət ərzində verilən bütün imkanlardan maksimum yararlanaraq keyfiyyətli və dinamik kampaniya həyata keçirmək üçün əlimdən gələni edəcəyəm.

Ölkədə köklü siyasi və iqtisadi dəyişikliklər tələb edən şəxslər bu prosesdən kənar qalmamalıdır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=138730

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031