“Lider” TV-nin yayımı dayandırıldı – Rəsmi açıqlama (Yenilənib)

11.03.2020 - 11:41

Milli Televiziya və Radio Şurası (MTRŞ) “Lider” televiziya kanalının yayımının dayandırılmasına münasibər bildirib.

MTRŞ-nin Aparat rəhbəri Asəf Hacıyev “Report”a açıqlamasında bildirib ki, televiziya daxili texniki problemlər səbəbindən yayımını dayandırıb:

“Biz dünən axşam və bu gün səhər də “Lider” televiziyası ilə əlaqə saxlamışıq. Problemin nə oluğunu öyrənmişik. Televiziya dünən axşamdan indiyə qədər texniki nasazlıq səbəbindən yayımını dayandırıb. Texniki problemlər aradan qaldırılandan sonra televiziya yayımını davam etdirəcək”.

* * *

Azərbaycanda “Lider” telekanalının yayımı dayandırılıb.

“AzPolitika” xəbər verir ki, telekanal fəaliyyətini dayandırıb. Məsələ ilə bağlı təfərrüatlar hələlik bəlli deyil.

Saat 22:01-də “Gecənin sehri” adlı veriliş başlayarkən telekanalın efiri yarımçıq kəsilib.

Qeyd edək ki, uzun müddətdir telekanalda ciddi maliyyə problemləri yaşanırdı.

Xatırladaq ki, “Lider” telekanalı 2000-ci ildən fəaliyyət göstərirdi. Kanalın rəhbəri Ədalət Əliyevdir.

Short URL: http://www.cumhuriyyet.net/?p=143819

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31