Mübariz Mənsimova qarşı cinayət işi bağlandı, dərhal təzəsi açıldı

12.03.2020 - 13:31

Türkiyədə mənzillənmiş azərbaycanlı oliqarx, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimova qarşı bir müddət əvvəl qaldırılmış və onun fətullahçı terror təşkilatı FETÖ ilə əlaqələrdə ittiham olunduğu cinayət işi “dəlillərin yetərsiz olduğu” üçün bağlanıb. Lakin Mənsimova qarşı dərhal yeni cinayət işi açılıb.

Virtualaz.org xəbər verir ki, bu barədə Türkiyədə nəşr olunan “Yeni Akit” qəzeti yazır. Qəzet Mənsimova qarşı açılan ikinci cinayət işinin təfərrüatları barədə məlumat vermir, eyni zamanda qeyd edir ki, iş adamının bu dəfə nədə ittiham olunduğu məlum deyil.

Mənsimovun özü isə dünən axşam İstanbul xəstəxanalarından birinə yerləşdirilib. Onun bir neçə gün əvvəl əməliyyat olunduğu xəbər verilirdi. “Qafqazinfo” bildirir ki, Mənsimovun səhhəti yenidən ciddi ölçülərdə pisləşib və onu xəstəxanaya aparıblar.

Virtualaz.org

Short URL: http://www.cumhuriyyet.net/?p=143853

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31