Bakıda sərnişin daşıyan şirkət 20 min manat cərimələndi

14.03.2020 - 13:04

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti “Monella” MMC barədə inzibati protokol tərtib edib.

“Report” xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi bu protokola əsasən, şirkətin 20 min manat cərimə edilməsi barədə qərar çıxarıb.

Şirkət İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) maddəsi ilə təqsirli bilinib.

Binəqədi Rayon Məhkəməsinin qərarından verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılıb və təmin edilməyib.

Qeyd edək ki, “Monella” MMC Bakıda şəhərdaxili sərnişin daşıyan şirkətdir.

Short URL: http://www.cumhuriyyet.net/?p=143879

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31