Azərbaycanda keçmiş polis rəisi koronavirusa yoluxdu – VİDEO

28.03.2020 - 11:36

“Evdə temperaturumun qalxdığını hiss edən zaman təcili tibbi yardıma müraciət etdim”.

“Report” xəbər verir ki, bunu Füzuli rayonunun keçmiş polis rəisi, Qarabağ müharibəsinin iştirakçısı olmuş Bünyad Məmmədov AzTV-yə müsahibəsində deyib.

Koronavirusa yoluxmuş 72 yaşlı B.Məmmədov xəstəxanalardan birinin xüsusi təhlükəli infeksiya şöbəsində müalicə alır.

O bildirib ki, daha sonra həkimlər onu xəstəxanaya aparıblar: “Dövlətin qoyduğu qanunlara riayət edilməlidir ki, xəstələnməyək, müəyyən hisslərə düçar olmayaq.

20 il müharibədə olmuşam. Koronavirusla da müharibə aparacağam, ancaq o müharibə ilə bu mübarizə, demək olar ki, eynidir. Diqqətli olmaq, ciddi yanaşmaq, özünü qorumaq lazımdır”.

B.Məmmədovun qısa müsahibəsinə videonun 04:35-ci dəqiqəsində baxa bilərsiniz.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın martın 28-də yaydığı mlumata görə, hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 147 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır.

Short URL: http://www.cumhuriyyet.net/?p=144489

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31