“İsti hava virusun yayılmasına təsir edəcək” – Məşhur virusoloq ümidini itirmir

05.04.2020 - 15:08

Hazırda koronavirusun ən güclü zərbə vurduğu dünya ölkələrini düşündürən əsas suallardan biri də havanın tempraturunun yüksəlməsinin bu virusa hansı yöndə təsir edəcəyidir.

“AzPolitika.info” xəbər verir ki, ABŞ və Avropa mətbuatında bu məsələyə xüsusi diqqət yetirilir və məşhur virusoloqların fikirlərinə yer verilir.

Nyu-York Akademiyasının bu məslə ilə bağlı mövqeyini bildirən üzvü, virusoloq Anatoli Alşteyn deyib ki, yaz aylarının istisinin virusa güclü təsir edəcəyi az ehtimal olunur. Lakin yaya doğru havanın istiləşməsinin virusun yayılmasını xeyli zəiflədəcəyi gözlənilir. “İsti hava virusun yayılmasına təsir edəcək” deyən məşhuur virusoloqun fikrincə, ümumilikdə bütün respitor xəstəliklərin ən çox tüğyan etdiyi aylar havanın isti olmadığı aylardır.

Mütəxəssis deyib ki, insan orqanizmi yay vaxtı viruslara qarşı digər fəsillərlə müqayisədə az həssas olur. Bu da koronavirusun yayılması sürətini minimuma endirə bilər.

Bununla yanşı, virusoloqun fikrincə, ölkələrin özünü təcrid və karantin tədbirləri də yaya doğru öz effektini verəcək. Alşteyn qeyd edib ki, artıq növbəti həftələrdə virusun yayılma və ölüm halları ilə bağlı göstəricilərində zəifləmə hiss olunacaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=144874

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930