ABŞ kəşfiyyatı: koronavirus Uhanda ötən ilin noyabrından tüğyan edirdi – SENSASİON HESABAT ÜZƏ ÇIXDI

09.04.2020 - 12:15

ABŞ kəşfiyyatı prezident Donald Trampın administrasiyasını koronavirus pandemiyası və onun mümkün nəticələri ilə bağlı hələ 2019-cu ilin noyabrında xəbərdar edibmiş.

Virtualaz.org xəbər verir ki, bu sensasion məlumatı ABC News öz mənbələrinə istinadən yayıb.

Məlumatda deyilir ki, hələ ötən ilin noyabrında kəşfiyyatçılar Çinin Uhan şəhərində hansısa virusun yayıldığını, şəhər əhalisinin tədricən bu virusa yoluxduğunu, nəticədə təkcə insanların həyatının deyil, regionda biznes fəaliyyətlərinin də çətinləşdiyi barədə məruzə təqdim ediblər.

Sənəddə göstərilirdi ki, virus sürətlə yayılaraq qlobal pandemiyaya səbəb ola bilər. Xəbərə görə, kəşfiyyat Ağ evi bu barədə bir neçə dəfə xəbərdar edib. Müdafiə naziri Mark Esper isə bildirib ki, kəşfiyyatdan belə məruzə aldığını xatırlamır.

Qeyd edək ki, koronavirusun Uhanda yayılmağa başladığı barədə ilk xəbərlər KİV-lərə ötən il dekabrın sonlarında sızıb. Lakin bu xəbərə əhəmiyyət verən olmayıb, 2020-ci il yanvarın əvvəllərindən isə virusun insandan insana keçdiyi təsdiqlənib və Çin hakimiyyəti Ümumdünya Səhiyyə Təşkilatını məlumatlandırıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=144973

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31