Xaçmazda kütləvi koronavirusa yoluxma ilə bağlı – AÇIQLAMA

29.05.2020 - 13:15

Xaçmaz rayonunda koronavirus infeksiyasına kütləvi yoluxma ilə bağlı müxtəlif xəbərlər yayılıb.

Qazet.az-ın məlumatına görə, rayonun Köhnə Xaçmaz kənd ərazisində və Xaçmaz şəhərində 80-100 nəfərin koronavirusa yoluxduğu bildirilir. Sosial şəbəkələrdə yayılan müxtəlif xəbərlər sakinləri ciddi narahat edir.

Qazet.az-ın suallarını cavablandıran TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bu barədə dəqiq məlumatın olmadığını bildirib.

“Hazırda Xaçmazda kütləvi yoluxma ilə bağlı dəqiq məlumatım yoxdur. Brifinqdə təhlükəli zonalar haqqında ətraflı məlumat veriləcək”, – deyə Rəvanə Əliyeva bildirib.

Qeyd edək ki, yayılan xəbərlərdə xeyli sakinin karantinə alındığı bildirilir.

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=147397

XƏBƏR LENTİ

virtual_roadi

15.07.2020Votsap çökdü
Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyul 2020
BE ÇA Ç CA C Ş B
« İyn    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031