Şamaxı rəsədxanasında əxlaqsızlıq yuvasının olması barədə direktor müavinindən AÇIQLAMA

03.06.2020 - 13:08

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov rəsədxana yataqxanasında əxlaqsızlıq yuvasının olması barədə yayılan məlumatlardan danışıb.
Xıdır Mikayılov Demokrat.az-a açıqlamasında bildirib ki, yayılan məlumatın heç bir əsası yoxdur:
“Bura qapalı müəssisədir, girişdə polis dayanır. Polisin mühafizə etdiyi yerdə necə əxlaqsızlıq yuvası ola bilər? Ümumiyyətlə, karantin rejimi ilə əlaqədar olaraq son 3 ayda bura gəlib-gedən yoxdur. Axı rəsədxanada necə əxlaqsızlıq yuvası ola bilər? Gəlin məntiqlə düşünək də! Axı karantin dövründə bu necə ola bilər? Görünür ki, kimlərsə bizi gözdən salmaq üçün bu cür məlumatları yayırlar. Belə şər-böhtan xarakterli məlumatlar əvvəllər də yayılmışdı”.

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=147645

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyul 2020
BE ÇA Ç CA C Ş B
« İyn    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031