BAKIDA İŞ ADAMI VƏ BİR HƏKİM KORONAVİRUSDAN ÖLDÜ – “Adi qrip olduğunu zənn edib və…”

12.06.2020 - 11:46

Azərbaycanda daha bir gənc koronavirusdan ölüb. Musavat.com xəbər verir ki, bu barədə onun yaxın qohumları sosial şəbəkədə məlumat veriblər.

Bakıda mebel şirkətlərinin birinin direktoru olan 1986-cı il təvəllüdlü Fərid Əliyev koronavirus xəstəliyindən vəfat etdiyi bildirilir.
Yaxınları bildirilib ki, əvvəldən heç bir xəstəliyi olmayan F.Əliyev koronavirusa yoluxub, lakin ilk günlərdə bunun adi qrip olduğunu zənn edib və həkimə müraciət etməyib.

Evdə özünü müalicə etməyə çalışan F.Əliyev nəfəs çatışmazlığından vəfat edib.

Qohumları qeyd ediblər ki, F.Əliyevdə son günlər yüksək temperatur, öskürək və boğulmalar olub.

Azərbaycanda daha bir həkim də koronavirus səbəbindən dünyasını dəyişib. Unikal.org xəbər verir ki, bu barədə endokrinoloq Yeganə Muradova məlumat verib.

O, sosial media hesabında paylaşım edərək, travmatoloq Mehman Hüseynovun koronavirus qurbanı olduğunu bildirib: “Virusa inanmıram deyənlər, biz bu gün tələbə yoldaşımızı, kolleqamızı itirdik. Son ana qədər inanırdıq ki, o, sağalacaq. Allah rəhmət eləsin. Allah ailəsinə səbr versin”.

Short URL: http://www.cumhuriyyet.net/?p=148174

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728