Azərbaycan-Rusiya sərhədində baş verənlərə görə cinayət işi açıldı – 10 nəfər azərbaycanlı saxlanıldı

17.06.2020 - 14:57

Rusiya İstintaq Komitəsi iyunun 15-də Azərbaycan-Rusiya sərhəddində baş vermiş kütləvi toqquşmalarla bağlı cinayət işi açıb.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, cinayət işi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318.2 (hakimiyyət nümayəndəsinin həyat və sağlamlığını təhdid qedən zorakılığın tətbiq olunması) və 167.1 (qəsdən özgə əmlakının məhv edilməsi) maddələri üzrə açılıb.

İstintaq materiallarına görə, iyunun 15-də 400-ə qədər Azərbaycan vətəndaşı Dərbənd rayonunun Kullar kəndində yerləşən düşərgəni tərk edərək “Qafqaz” magistralını bağlamağa çalışıb.

“Kullar postunda Azərbaycan vətəndaşları polislərin əmrinə tabe olmayaraq, daş və digər vasitələr tətbiq etməklə hüquq-mühafizə orqanlarına sağlamlığı üçün təhlükə törədiblər”, -deyə Rusiya İstintaq Komitəsinin məlumatında bildirilib.

Rusiya tərəfi hadisə nəticəsində hüquq-mühafizə orqanının 9 əməkdaşının yaralandığı, 5 xidməti maşının zədələndiyini açıqlayıb. Hazırda faktla bağlı 10 nəfər saxlanılıb. Araşdırmalar davam etdirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=148463

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728