Koronavirus dərmanının istehsalına başlanılıb – Qiyməti açıqlandı

29.06.2020 - 16:29

Misirin “Eva Pharma” əczaçılıq şirkəti koronavirusun müalicəsində istifadə olunan “Remdesivir” və “Favipiravir” preparatlarının istehsalına başlayıb.
Anews.az “Reuters”ə istinadən xəbər verir ki, “Eva Pharma” şirkəti iyun ayının əvvəli “Remdesivir” preparatının yaradıcısı “Gilead Sciences Inc” şirkətindən dərmanın istehsalı üçün lisenziya alıb. Dərmanın ilkin mərhələdə 50 000 dozasının istehsal ediləcəyi və bir qutusunun 125 dollara satılacağı bildirilib. Şirkət Misir üzrə tələbatın tam qarşılanmasından sonra dərmanı 127 ölkəyə ixrac etməyi planlaşdırır.
Şirkət, həmçinin ayda 1 milyon həb “Favipiravir” dərmanının istehsalına da başlayıb. Şirkətin məlumatına görə, yaxın 2-3 həftə ərzində bazara çıxarılması planlaşdırılan dərmanın qiyməti ilə bağlı hələ ki, yekun qərar verilməyib.
Qeyd edək ki, ABŞ istehsalı “Remdesivir” preparatı koronavirusa yoluxmuş orta və ağır vəziyyətdə olan xəstələr üçün, “Favipiravir” preparatı isə yüngül və orta vəziyyətdə olan xəstələr üçün nəzərdə tutulub.

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=148973

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyul 2020
BE ÇA Ç CA C Ş B
« İyn    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031