“Maska pulsuz paylansın, sonra cərimə etsinlər” – Qubad İbadoğlu

30.06.2020 - 11:39

“Hesab edirəm ki, ən düzgün yol maskaları pulsuz paylamaqdır”.

Bunu iqtisadçı alim Qubad İbadoğlu deyib.

Onun sözlərinə görə, hazırda tibbi maska istehsalı ilə gündəlik istehsal gücü 200-250 min olan “Bakı Tekstil Fabriki” MMC və gündəlik istehsal gücü 300 min olan “Gilan Tekstil Park” MMC məşğuldur:

“Bakı Tekstil Fabriki”nin investisiya xərcləri 3,9 milyon manat olduğu bildirilsə də, “Gilan Tekstil Park” MMC-nin istehsalının neçəyə başa gəldiyi, eləcə də 1 maskanın istehsal maya dəyərinin neçə qəpik olduğu açıqlanmır. Görünən odur ki, iki müəssisə birlikdə hər gün 500 min ətrafında tibbi maska istehsal edir və hər iki müəssisənin anbarları tibbi maska ilə doludur. Satış zəifdir. Yeni cərimələr satışın artırılması hesabına əhalinin tibbi maskalardan istifadə səviyyəsinin yüksəldilməsinə hesablanıb”.

Qubad İbadoğlu bildirib ki, ictimai yerlərdə maska taxmaq vacibdir: “Amma düşünürəm ki, bu problem cərimə ilə tam həll olunmayacaq. Hesab edirəm ki, ən düzgün yol maskaları pulsuz paylamaqdır, ondan sonra cəriməni nə qədər istəyirlər təyin etsinlər. Yəni, bu zaman maska varındır, niyə geyinmirsən, tələbi irəli sürülə bilər”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=149022

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930