Muxtar Tayjan: “Azərbaycanla döyüşmək böyük ağılsızlıqdır”

21.07.2020 - 13:24

“Dövlətlərin ərazi bütövlüyünə, onların daxili işlərinə qarışmamaq prinsipinə riayət etmək və dünya ölkələrinin sərhədlərinin toxunulmazlığına hörmət göstərmək lazımdır. Dağlıq Qarabağ ərazisi və ona sərhəd rayonlar təxminən 30 il əvvəl işğal edilib. Ermənistan bu əraziləri azad etməlidir. Yalnız bundan sonra sülh və əmin-amanlıq olacaq”.

Bu sözləri tanınmış qazaxıstanlı ictimai xadim Muxtar Tayjan son vaxtlar Azərbaycan və Ermənistan arasında baş verən hərbi gərginliyi Media.Az-a şərh edərkən deyib.

– Mən Bakıda səfərdə olarkən şəhərin mərkəzində yerləşən erməni kilsəsini gördüm. Kilsəyə toxunulmayıb, olduğu kimi qalır. Bakıda millətlərarası münasibətlərlə bağlı heç bir problem yox idi. Lakin bu təcavüz, ərazilərin işğal edilməsi ölkələrin bir-birindən uzaq düşməsinə səbəb olur. Heç bir xalq öz torpaqlarını itirməyə razı olmaz, buna görə, mən və həmfikirlərim Azərbaycanın tərəfindəyik.

– Rəsmi Yerevanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müdaxiləsinə dair ümidləri gerçəkləşmədi. Qazaxıstan rəsmi Bakının bu birlikdə təmsil olunub-olunmamasından asılı olmayaraq, həmişə Azərbaycana dəstək verib. Misal üçün, Ermənistan Avrasiya İqtisadi Birliyinə qoşulmağa hazırlaşarkən, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev bəyan etmişdi ki, bu, yalnız BMT-nin tanıdığı sərhədlər çərçivəsində mümkündür. KTMT ölkələri Yerevanın hiddətinə rəğmən Azərbaycana silah satıb və satmaqda davam edir.

– Düşünürəm ki, başqa variant ola bilməzdi (KTMT-nin münaqişəyə müdaxilə etməkdən imtina etməsini nəzərdə tutur – red.). Qazaxıstanla Azərbaycanı bir-birinə möhkəm bağlayan qan və din əlaqələri var. Bizim Azərbaycanı dəstəkləyən Türkiyə ilə gözəl münasibətlərimiz var. Qazaxıstanın KTMT-nin üzvü olmasına baxmayaraq, ən qorxulu yuxuda belə təsəvvür etmək mümkün deyil ki, Qazaxıstan Azərbaycana qarşı döyüşsün.

Bu baxımdan vəziyyət aydındır. Ermənistanın KTMT üzvü olmasına baxmayaraq, Qazaxıstan heç vaxt rəsmi Bakıya qarşı çıxış edə bilməz.

– Azərbaycanda Qazaxıstanın dəstəyi yüksək qiymətləndirilir…

– Biz ədalətin bərqərar olmasının tərəfdarıyıq.

– Ermənistanda isə ölkəmizin ərazisinə hücum edərək “Azərbaycanı sülhə məcbur etmək” çağırışları səslənilir.

– Qeyd etmək lazımdır ki, Azərbaycanın ən müasir silahlarla təchiz olunmuş güclü ordusu var. Biz bunu 2016-cı ildə də gördük. Azərbaycanı hərbi vasitələrlə nəyəsə məcbur etmək çox çətin olacaq. Azərbaycanla döyüşmək böyük ağılsızlıqdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=150561

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31