Düşmənə qarşı hücuma keçməliyik

24.07.2020 - 18:56

Azərbaycan-Ermənistan sərhəddindəki baş verən döyüşlərdən sonra ölkə xaricində yaşayan azərbaycanlılara qarşı ermənilər tərəfin müxtəlif hücumlar, təxribatlar yaşanır.

Ermənilərin bir sıra ölkələrdə dinc nümayiş keçirən insanlara qarşı zorakılıq faktları həyata keçirirlər. Ermənilərin başlatdığı bu təxribatlara həmvətənlərimiz də səssiz qalmayıb, onlara layiqli cavab verir.

Redaktor.az sözügedən məsələ ilə bağlı sosial şəbəkədə sorğu keçirərək, insanların fikrini öyrənib:

Sorğunun nəticələrini təqdim edirik:

Gülnar Baxşiyeva: Düşünürəm ki, biz onlara hüquq yolu ilə cavab verməliyik. Yumruq davası etmək bizə nəsə qazandırmmayacaq, əksinə, ermənilərin cinayət işlərinə ortaq olacağıq. Bizim igidlər qol gücünü ön cəbhə üçün saxlasın. Gücümüzü ön cəbhədə göstərməliyik!

Cahangir Həsənli: Tarixdə dəfələrlə olub ki, daşnaklar öz xalqına qarşı qətliamlar törədib, sonra bütün dünyaya car çəkiblər ki, “türklər bizi qırır”. Növbəti dəfə buna imkan vermək olmaz.

Leyla: Düzdür, deyirlər özünü hər adamın səviyyəsinə endirmə, ancaq bu elə məqamdır ki, susmaq, hüquqi nəsə addım gözləmək namusu əldən verməyə bərabərdir.

Avropa qanunlarına qalsa, Ermənistan işğalçıdır və ərazilərimiz tərk etməlidir. Edirmi? Xeyr!

Göbək bağımızı özümüz kəsməliyik.

Aysel Məmmədova: İndiki vəziyyətdə qətiyyən emosiyalara icaze vermək olmaz. Çünki ermənilər illərdir özlərini məzlum kimi göstərib, dünya ölkələrindən o cür yardım diləniblər. İndi biz sakitliyimizi qorumalıyıq ki, dünya onların barbar, vandal və terrorçu xislətini görsün. Bu o demək deyil ki, biz onlardan qorxuruq, sadəcə məsələ düzgün məqamda onların əsl üzlərini göstərməkdir.

Orxan Əli: Dünya meşə qanunları ilə idarə olunub və olunur. Güclü hər zaman qalibdir. Necə ki, məktəbdə gücü olan, humanistliyi ucbatından heç kimi vurmayan uşağa zəif və qorxaq gözü ilə baxırlar. Amma bir gün dözməyib cavab verir və hamının düşüncəsi tamamilə dəyişir. Son hadisələrdə Azərbaycanın hücum taktikası seçməsi təqdir olunandır. Həm cəbhədə, həm dünyada, həm də elə fərdi qaydada.

Günel Habilqızı Feyzullayeva: Düşmənlə gərək düşmənin dilində danışasan…

Tural Ismayılzadə: Sonu nə olursa olsun, erməniləri bütün cəbhələrdə əzmək lazımdı.

Səfər Əlizadə: Düşünürəm ki, mitinqlərin təşkilatlanması gücləndirilməli, belə kiçik münaqişələri başladan ermənilərə yerindəcə cavab verilməlidir. Dünyanın diqqəti artıq erməni-azərbaycanlı məsələsinə çəkilməli, rusun əlini məsələdən çəkməliyik. Belə olan halda Minsk Qrupunun fəaliyyəti dayandırılar və Azərbaycana edilən hazsızlığı özünün həll etməsinə şərait yaradılar.

İsaq Mayılov: Qana qan lazım, başı qapazlı olmaq bizə qalmayıb.

Rauf Əliyev: 30 ildir humanist yanaşırıq. Düşünürəm ki, onların bizə qarşı etdiyi vəhşiliklrin cavabı verilməlidir.

Onlar hazırda 1988-ci ildə etdiklərini təkrar edib, özlərini yazıq formada göstərməyə çalışırlar.

Ümumiyyətlə, ermənilər 1918-ci ildən bizim torpağlara iddia edirlər, 3 dəfə soyqırım həyata keçiriblər. Hesab edirəm ki, bundan sonra sakit dursaq, humanistlik göstərsək, bunlar etdiklərindən əl çəkməyəcəklər.

Elmir Muradov: Xaricdə baş verən hücumlar ermənilər tərəfindən başladılıb. Bundan ən çox ziyan çəkən də azərbaycanlılar olub. İnsan xarakterində belə bir nüans var ki, davada kim qarşı tərəfi döyürsə, döyən şəxsə özgüvən gəlir, özünü daha güclü hiss etməyə başlayır. Digər tərəfdə isə ruh düşkünlüyü və mənən sınmışlıq yaranır. Bizə isə özgüvən və daha çox güclü görsənmək və ruh yüksəkliyi lazımdır. Ona görə də maksimum dərəcədə təxribata getmədən ermənilərə yerlərini göstərmək lazımdır.

Bəhruz Bozqurd Daşdəmir: Qana qan düşüncəsi hər zaman qanımızda olmalıdır. Amma, yalnız döyüş meydanında. İndi isə onların etdiyi kişiliyə yaraşmayan təkləmək prinsiplərini biz beynəlxalq qurumlara göstərib, bunlarla sülh olmaz səsini yüksəltdiyimiz anda eynisini etməyimiz planlara uyğun deyil.

Yeganə Muradova: Düz edir bizimkilər. Sadəcə bunu paylaşmadan, gizlin etmək lazımdır.

Anar Musayev: Heç şübhəsiz düşmən bütün cəbhələrdə gözü qıpıq edilməlidir. İstər cəbhədə, istər xaricdə, istərsə də BMT-də…

Uzun düşünməyə gərək yoxdur, hər hücuma adekvat cavab verilməlidir.

Nuranə Nur: Mövcud durumda hadisələrə nə humanist, nə həddindən artıq emosional yanaşmağın tərəfdarı deyiləm. Düşmən hər zaman düşməndir, zalımdır, bağışlanmazdır. Amma hər yeri döyüş meydanına çevirmək, təfəkkürlərdə millətimiz haqqında barbar düşüncə formalaşdırmaq yalnış mübarizə üsludur. Zorakılığı işıqlandırmaq, xarici məhkəmələrə çıxartmaq üçün çalışmaq lazımdır. Qarabağ müharibəsini küçə davalarına çevirmək bizim haqlı mübarizəmizin əleyhinə işləyə bilər.

Rauf: Məncə düşmənə universal şəkildə göz açdırmaq olmaz. Tanıdığım bir adam (Sovet vaxtı əsgərlikdə olub), əsgərlikdə olan bir hadisəni danışmışdı.Deyir ermənilər 10 nəfərə 9 nəfər olandaqorxurdular, 11 nəfər olanda isə təkləyirdilər.

Tərxan Paşazadə: Ermənilərin soydaşlarımıza qarşı etdikləri vəhşiliklərin cavabını məhkəmələr vasitəsilə deyil, məhz Qarabağda verməliyik! Özü də ən qısa zamanda…

Short URL: http://www.cumhuriyyet.net/?p=150796

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31