Koronavirusu artıq siyasətə çeviriblər, istəyirlər ki… – Rəşid Mahmudovdan SƏRT AÇIQLAMA

25.07.2020 - 16:18

“Pandemiyanı artıq bir siyasətə çeviriblər və dünyanı sıfırlamaq istəyirlər”.

AZSABAH.COM xəbər verir ki, bunu tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov deyib. R.Mahmudov avqustun 5-dən sonra karantin rejiminin yumşaldılmasının vacibliyini vurğulayıb:

“Mən də üç gündür ki, Gədəbəyə gəlmişəm və burda da yağış yağır. İnsanlara hava almaları üçün şərait yaratmaq lazımdır. Pandemiyanı artıq bir siyasətə çeviriblər və dünyanı sıfırlamaq istəyirlər. Bunu Böyük Britaniya Kraliçası ikinci Elizabeta da etiraf etdi. O dedi ki, pandemiyanın beş hücumu olacaq. Düşünürəm ki, gələcəkdə də bu hələ davam edəcək. Yəqin ki, yer kürəsinin coğrafiyasını dəyişirlər. Mənim ehtimalımla bizdə koronavirus bitməli və karantin rejimi ləğv edilməli idi. Çünki ultrabənövşəyi şüanın təsirindən insanların bədənində bu virus ölməli idi. Bunun bir geni olmalıdır, amma deyirlər ki, koronavirusun qırx geni var, bütün virusların genini özünə çəkib. Ölkəmizdə artıq yoluxmaların sayında azalma var və insanlarımız da diqqətli olmalıdır. Buna görə də avqustun 5-dən sonra karantin rejiminin yumşaldılması vacibdir. İnsanları rayonlara buraxmırlar, belə olmaz. Əhalinin oksigen qəbul etməsi üçün şərait yaratmaq lazımdır”.

Short URL: http://www.cumhuriyyet.net/?p=150856

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31