“Bu yolla dövlət büdcəsindən milyonlar oğurlanır” – Baş Prokurorluğa və DTX-ya müraciət olundu

01.08.2020 - 11:46

“Azərbaycanda çox murdar bir korrupsiya mexanizmi mövcuddur”

KONKRET.az xəbər verir ki, bu sözləri tanınmış hüquqşünas Aslan İsmayılov özünün facebook statusunda paylaşıb. O hakimiyyət rəsmilərinin diqqətinə bunları çatdırıb:

“Uzun illərdir ki, Azərbaycanda çox murdar bir korrupsiya mexanizmi mövcuddur və bu gün də davam edir. Bir müddət KİV-lərdə çox geniş işıqlandırılan və heç bir nəticəsi olmayan bir faktı diqqətinizə çatdırmaqla nəyin baş verdiyini açıqlayım. Bir vaxtlar indiki Baş Nazirin müavini Əli Əhmədovun öz tikilisini Vergilər Nazirliyinin bir strukturuna ayda 40 min manata kirayə verdiyini yazırdılar.

İndi də həmin hal mövcuddur. Bir çox oliqarx-məmurlar öz əmlaklarını dövlət strukturlarına ağılagəlməyən məbləğə kirayəyə verirlər və bu yolla dövlət büdcəsindən milyonlar oğurlanır. Bu hal həyasızcasına dövlət büdcəsini talamaqdır. Bunu hamı bilir, ancaq qarşısını alan yoxdur.

Buradan Baş Prokurorluğa, DTX-ya müraciət edirəm ki, təcili bütün dövlət strukturlarının yerləşdiyi binaların kimlərə məxsus olduğu, nə üçün kirayədə yerləşdiyini araşdırsınlar. Bu gün həmin pullar bir tikə çörəyə möhtac olanların, belə davam edərsə, bu hakimiyyətin qəbir qazanına çevriləcək insanların çox ehtiyacı var”.

Short URL: http://www.cumhuriyyet.net/?p=151509

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31