ƏƏSMN məşğulluq proqramlarının hazırlanması sahəsində Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq edəcək

22.01.2021 - 15:14

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsas fəaliyyət istiqamətlərindən biri də erməni faşizminin işğalından azad edilmiş yurd yerlərimizə qayıdacaq əhali üçün məqsədli, çevik aktiv məşğulluq proqramlarının hazırlanmasıdır. Bu sahədə Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə də əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.  

APA-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev BƏT-in Moskva ofisinin direktoru Olqa Kulayeva ilə onlayn görüşdə bildirib.

O, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun  möhtəşəm Qələbəsindən bəhs edib. İşğaldan azad edilmiş yurd yerlərimizə qayıdacaq əhalinin məşğulluq məsələlərinin həlli sahəsində geniş miqyaslı işlər aparılacağını diqqətə çatdırıb. A.Əliyev ödən dövrdə Azərbaycanla BƏT arasında müsbət əməkdaşlıq təcrübəsini qeyd edib.

Nazir müavini bildirib ki, “Azərbaycan Respublikasının 2021-2025-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” layihəsinin hazırlanmasında da BƏT-lə birgə işlərin aparılması nəzərdə tutulur.

Görüşdə qeyri-formal məşğulluğun qarşısının alınması, əmək qanunvericiliyinin təkmilləşdirilməsi işlərinin ekspert qiymətləndirilməsi sahəsində görüləcək birgə işlər qeyd edilib. Əliliyi olan şəxslər, xüsusilə müharibə ilə əlaqədar əlilliyi müəyyən olunan şəxslərlə bağlı beynəlxalq təcrübə əsasında peşə hazırlığı kurslarının təşkili üçün xüsusiləşdirilmiş təlim proqramlarının, peşəyönümü testlərin hazırlanması, gənclərin əmək bazarına inteqrasiyasının dəstəklənməsi və s. sahələrdə gələcək əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=160172

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728