Xəzər sahilyanı ölkələrin ümumi irsidir – Rəisi

29.06.2022 - 17:55


Xəzər dənizi sahilyanı ölkələrin ümumi irsidir və bu dənizdən 270 milyondan çox insan bəhrələnir.

Cumhuriyyet.az xəbər verir ki, bu sözləri İran Prezidenti İbrahim Rəisi Aşqabadda jurnalistlərə müsahibəsində deyib.

Prezident diqqətə çatdırıb ki, Xəzəryanı dövlət başçılarının Aşqabadda keçirilən Zirvə toplantısında nəqliyyat, tranzit, ticarət, canlı resursların idarə edilməsi, ətraf mühitin mühafizəsi məsələləri müzakirə olunacaq. Bununla yanaşı, təhlükəsizlik məsələsi də nəzərdən keçiriləcək.

İran Prezidenti vurğulayıb ki, rəsmi Tehran bütün Xəzəryanı dövlətlərlə yaxşı münasibətlərə malikdir. O, bu münasibətlərin qorunması və əlaqələrin daha da möhkəmlənməsi istiqamətində aparılacaq danışıqların faydalı olacağına inandığını bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=177733

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930