Ermənistan fürsətdən istifadə etməlidir – AKAR

09.08.2022 - 12:28

“Qardaş ölkə Azərbaycan 30 il öz doğma torpaqları üçün mübarizə aparıb. Buna görə də danışıqlar aparılırdı, amma nəticə yox idi. Can Azərbaycanın 1 milyondan artıq qaçqını, məcburi köçkünü var idi, ərazisinin 20 %-i işğal altında idi. Amma bu gün bu problemlər həll olunub”.

Cumhuriyyet.azModern.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ankarada səfirlərin 13-cü konfransında deyib.

“ATƏT-in Minsk qrupunun həmsədrləri 30 il gedib-gəlirdilər. Amma Azərbaycan özü ərazilərinin təhlükəsizliyini təmin edə bilib. Eyni zamanda qeyd etmək lazımdır ki, Cənubi Qafqazdakı durum sülh və əmin-amanlığın bərqərar olması baxımından Ermənistan üçün yaxşı fürsətdir. Ona görə də bu fürsəti Ermənistan yaxşı dəyərləndirməlidir”,- deyə nazir çıxışında bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=180374

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728