İrəvanda partlayış terrordur? – Nazir açıqlama verdi

15.08.2022 - 13:05

Ermənistanın paytaxı İrəvandakı “Surmalu” ticarət mərkəzində baş vermiş hadisə terror aktı deyil.

Cumhuriyyet.az xəbər verir ki, bunu Ermənistanın fövqəladə hallar naziri Armen Pambuxçyan bildirib.

“Partlayış anının videosuna baxsaq, görərik ki, terror aktından söhbət gedə bilməz. Əvvəlcə yanğın, sonra isə partlayış olub. Ona görə də deyə bilərik ki, burada terror hadisəsi olmayıb”, – nazir mətbuata açıqlamasında deyib.

Xatırladaq ki, ötən gün “Surmalu” ticarət mərkəzində baş vermiş partlayış zamanı azı 6 nəfər ölüb, 17 nəfər itkin düşüb. Hadisə nəticəsində 61 nəfər isə yaralanıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=180677

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031