“İran niyə artistlik edir? Arazı velosipedlə də keçmək olar!” – Siyavuş Novruzovdan SƏRT SÖZLƏR

21.10.2022 - 13:16

“İran niyə Azərbaycan sərhədləri yaxınlığında hərbi təlim keçirir? Bu təlimləri Hind okeanı sahilində, digər ərazilərdə keçirə bilər. Bu artistlik nəyə lazımdır? Təlimlərdə tankla Araz çayını keçməklə məşq edilir? Niyə? Araz çayını velosipedlə də keçmək olar”.

Cumhuriyyet.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Siyavuş Novruzov bildirib.

O qeyd edib ki, işğaldan azad olunan ərazilərdə hərbi bazaların deyil, hava limanlarının, yaşayış yerlərinin olması nümunəvi addımdır: “İranın Arazın kənarında hərbi təlimlər keçirməsi nəyə lazımdır? 30 il ərzində bu təlimlər niyə keçirilmirdi? Bu addımlarla İran heç kimə hədə-qorxu gələ bilməz. 30 il Azərbaycanın İslam dəyəri təhqir olunanda niyə İran hərəkətə gəlmirdi? Əgər İmam Mehdinin adından istifadə edirlərsə, İmam Mehdi gələndə ədaləti bərpa etmək üçün gərək birinci İrandan başlasın, orada ədaləti təmin etsin”.

Siyavuş Novruzov vurğulayıb ki, Türkiyə və Azərbaycan rəhbərliyinin Zəngilanda görüşməsi qardaşlığımızın, tək olmadığımızın növbəti sübutudur.(qafqazinfo)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=183987

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930