Fətullah Gülən haqda ŞOK VİDEO

05.01.2014 - 05:49
Nurçuların lideri xristian missioneridir?

 
Sizə təqdim etdiyimiz bu videoda Fətullah Gülənlə bağlı bilmədiklərimiz yer alıb. Əvvəlcə onun kimliyi barədə qısa arayış verək. Gülən 1941-ci ildə Ərzurumda anadan olub. Həmişə çox mütaliə etməyi
ilə diqqəti çəkib. Onun özü Səid Nursinin təsiri altında olub. Nursi
həmişə siyasətdən uzaqlığı, tolerantlığı təbliğ edirdi.

Gülən Dövlət xidmətində imam kimi fəaliyyətə başlayıb. Bu o vaxtlar
idi ki, Türkiyə ifrat dünyəviliklə ifrat mühafizəkarlıq arasında seçim
edirdi. Gülən İslamı tolerant, zorakılığı pisləyən və müasirliyə çağıran
din kimi təbliğ edirdi. O kasıblığı aradan qaldırmaq üçün hərəkət
etməyə, təhsilə, dinlər arasında dialoqa çağırırdı.

Londondakı Bill Park Kral kollecində çıxış edərkən Gülən öz
ideyalarını belə təsvir edib ki, bunlar “inamın, mənliyin, maddi
tərəqqinin, demokratikləşmənin və dialoqun qarışığı” idi. Belə mesajlar
Gülənin Qərbdə yerləşməsinə imkan verdi.

O Türkiyəni isə 1999-cu ildə tərk edib. Hazırda ABŞ-da yaşayır. O vaxt islamçıları sıxışdırırdılar və Güləni məhkəmə gözləyirdi. Jurnalist Balçı deyir ki, o vaxtki islamçı partiyalar seçkilərə
qatıldığı vaxt “Gülən siyasi ambisiyalarının olmadığını bildirirdi. O
həmişə hakimiyyətə hörmət etməyə çağırırdı. O deyirdi ki, lazım gəlsə
dindar dünyəvi məktəbdə oxumalıdır.” Başqa jurnalist, dini məsələlər üzrə şərhçi Mustafa Akyol deyir ki,
“Nursi-Gülən ənənəsi islamçı dövlət yaratmağı nəzərdə tutmur. O daha çox
liberal-demokratik dövlət istəyir ki, öz missioner işini görə bilsin”…

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3168

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31