Mətbuatın dostundan “dostluğa sədaqət”…

20.01.2014 - 01:21

Hakimiyyət jurnalistləri
özünə düşmən görür

Avropanın hər bir şəhərində səyyar qəzet, jurnal satılır, gənclər
əldə gitara oxuyur, rəssamlar öz rəsmlərini səyyar satışa çıxarır. Bu, Qərbin
xarakterik mənzərəsidir. Azərbaycanı idarə edən “Danabaş kəndi” təfəkkürlü
adamlar isə səyyar satışa qadağa qoydular. Guya şəhərin abadlaşmasına və
gözəlləşməsinə xələl gətirir. Tfu.

Şəhəri viran günə qoyan, tikililəri dağıdan, toz-torpaq, tıxac, əsəb
və gərginlik yaradan bu adamlar qıraqda qalıb, qəzet-jurnal paytaxtı
eybəcərləşdirir. Hacıbala Abutalıbov bir güzgüdə özünə və olduğu meriyadakı
otağından çıxıb şəhərə baxsın. Görsün Bakını nə günə qoyublar. Nə vaxtdan
səyyar qəzet satışı gözəlliyi ziyan gətirib? Bakını rəzil günə qoyan adamlar
qəzeti özlərinə düşmən görürlər. Onlar qəzeti, kitabı, mütaliə verən nə varsa
hər şeyi cin görürlər. Prezidentin dostundan mətbuata bundan yaxşı dost köməyi
olmazdı. Dost hansı gündə tanınar məhz belə vaxtda. Prezident də dostluğa
“sədaqət” nümayiş etdirib, səyyar satışı qadağan etdi. Bir ay əvvəl Prezident
Sarayında qəfil redaktorlarla görüşdə səslənən fikirlərin ömrü çox çəkmədi.
Hakimiyyət mətbuata yeni il hədiyyəsi olaraq, küçə satışını ləğv etdi. Bu
qafayla ölkəni idarə edənlərin məqsədi təkdir – çap mediası olmasın.

İlham Əliyev bununla mətbuatın necə bir dostu olduğunu sübuta
yetirdi. Göstərdi ki, ona jurnalistlərin dostu mükafatının verilməsi təsadüf
deyil. O, ölkə başçısı olaraq dostuna hər bir “qayğı” göstərməyə hazırdır.

Azərbaycan hakimiyyəti çox sayda
kütləvi informasiya vasitəsi yaradıb, orada çalışan şəxslərə maaş verib özünü
onların dostu elan edə bilər. Lakin hər hansı şəxs jurnalistlərin dostu elan
edilərkən müstəqil jurnalistika əsas götürülməlidir. Müstəqil jurnalistikanın
isə dünya standartları var. Azərbaycan bütün beynəlxalq hesabatlarda söz
azadlığının ən çox boğulduğu ölkə kimi qiymətləndirilirsə, nəinki jurnalist,
vətəndaş öz fikrini azad şəkildə ifadə etdiyi üçün həbs olunur, dəlixanaya
salınırsa, bu ölkənin prezidenti jurnalistlərin dostu necə ola bilər?

Jurnalistlərin dostu yox, azad
sözün dostu olmaq lazımdır. Biz də jurnalistik, bu sorğularda bizim niyə
rəyimiz öyrənilmir? Çünki bu, həqiqi rəy sorğusu deyil, bəzi şəxslərin indiyə
qədər məqsədyönlü şəkildə apardığı işin davamıdır.

Məlumat
üçün deyək ki, Bakı şəhərinin küçələrində küçə ticarətinə, qəzet və jurnalların
səyyar satış nöqtələrinə Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən
verilmiş icazələr 1 yanvar 2014-cü ildən ləğv edilib.

Bakı
Şəhər Ticarət və Xidmət Departamentindən APA-ya verilən məlumata görə, bu qərar
Bakının abadlaşdırılmasını, gözəlləşdirilməsini, dünyanın ən gözəl
şəhərlərindən birinə çevrilməsini və şəhərdə dünya standartlarına uyğun ən
müasir qəzet və jurnalların satış köşklərinin quraşdırılmasını nəzərə alaraq
qəbul edilib.

Bakı
Şəhər Ticarət və Xidmət Departamenti bildirir ki, bundan sonra şəhər ərazisində
küçə ticarətinə yol verilməyəcək, qəzet və jurnalların satışı isə yalnız və
yalnız şəhərdə quraşdırılmış dünya standartlarına cavab verən köşklərdə həyata
keçiriləcək.

Bakı
şəhər Baş Polis İdarəsi paytaxtda qəzet satışına qadağa qoyulması ilə bağlı
məlumat yayıb. İdarədən Musavat.com-a daxil olan məlumatda deyilir ki, polis
tərəfindən qəzet satışına qadağalar qoyulması barədə məlumatların heç bir əsası
yoxdur.

 

Hüseyn

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3430

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930