Qarabağda partizan müharibəsi

02.03.2014 - 01:41

Müasir həyatımızda  vətənimizin ermənilər tərəfindən ardıcıl
olaraq işğal olunduğu bir vaxtda partizan hərəkatı vacibdir

 

1989-cu
il dekabr ayının 1-də Ermənistan SSR-nin Ali Soveti qeyri-qanuni şəkildə
“Dağlıq Qarabağ Muxtar Vilayəti”nin Ermənistan SSR-yə birləşdirilməsi
haqqında” qərar qəbul etdi. 1990-cı ildə Ermənistan açıq şəkildə
Azərbaycana qarşı işğalçılıq fəaliyyətinə start verdi. Bu hərbi təcavüz
nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilmiş, 20 mindən çox insan
qətlə yetirilmiş, 50 mindən artıq adam yaralanmış və şikəst olmuşdur. Bir
milyondan artıq insan qaçqın və məcburi köçkün şəraitində yaşamaqdadır.
Yüzlərlə  vətandaşımız, o cümlədən uşaq,
adın və qocalar erməni əsir və girovluğundadır. 

Bu  gün bu  işğalın  nəticələrini təhlil  edərkən,  istər-istəməz sarsılırsan,  özünə  sual verirsən, bu  biabırçı  məğlubiyyətin qarşısını  almaq  olardımı, itkilərimizi  ən azından  minimuma  endirmək şansımız    dərəcədə, bu acı taleyi yaşamamaq üçün  biz əlimizdən  gələni  etdikmi? Ümumiyyətlə  Azərbaycana  qarşı açılmış bu  ədalətsiz  müharibədən qalib  çıxmaq üçün Azərbaycan  tərəfi bütün vasitələrdən yararlandımı? Bu münaqişədə  Azərbaycan  tərəfi əlində  olan  potensial imkanlardan  maksimum  istifadə etməyib. Bu  fikri  əsaslandırmaq üçün  saysız  hesabsız səbəblər  gətirmək  olar, lakin  bunların  arasında deyərdim  bəlkə    ən  əsası, işğal  olunmuş  ərazilərdə üstünlük  təşkil  edən azərbaycanlı  əhalisinin    yaxud  da  qeyri,  işğal  olunmamış   Azərbaycan ərazilərindən  düşmənlə  döyüşmək qabiliyyətinə  malik,  Sovet ordu  sıraları  tərkibində  münaqişə  bölgələrində  döyüş təcürbəsi  toplamış  vətandaşlarımızın  müharibəyə verə  biləcəkləri  töhfələrdən istifadə  olunmamasıdır.
Məntiqlə,  əgər  bu kimi,   müharibə  aparmaq siyasətinə   Azərbaycan   tərəfindən vaxtında  üstünlük  verilsə idi, yəqin  ki,  minlərlə sivil  vətandaşımız  məcburiyyət qarşısında  öz  el-obasını buraxıb,  əsir  düşüb ermənilər tərəfindən qətlə yetirilmək, işgəncələrin təsirindən ölmək,
amansız rəftara məruz qalmaq əvəzinə müqavimət göstərməyə çalışardı. Düşmənə nizamsız olsa belə müqavimət göstərə biləcək  yerli əhaliyə mərkəzləşdirilmiş qaydada  tələb
olunan hərbi, psixoloji yardımın göstərilməsi, ən azından onların arasında ruh
düşkünlüyünə imkan verməzdi, insanımız ləyaqətinin  mütəmadi alçaldılmaqla özünüöldürmə
dərəcəsinə çatmaq  əvəzinə  silaha sarılıb  erməni  hərbi birləşmələrinə  qarşı  elə öz  ata  yurdunda mübarizə  aparardı. Bəli,  söhbət Azərbaycanın  erməni  hərbi birləşmələri  tərfindən  işğal olunmuş  ərazilərində  nədənsə istər  o  zaman, istərsə    bu gün  düşmənin  nəzarət edici mexanizminə qarşı  müqavimət  göstərmək üçün  xalqın  içindən seçilmiş  şəxslərdən  ibarət nizamsız  hərbi  qüvvələrin, yəni   partizan  hərəkatının yaradılmamasından  gedir.

  qədər gec  olsa  belə, işğal  altında qalan bölgələrdə
partizan birlikləri  yaradılmalıdır. Bu
birliklərin vəzifələri arasında   düşmən
nəqliyyatın və ünsiyyətin kəsilməsi, maneə törədilməsi, erməni  hərbi  birləşmələrinin  zabitlərini fiziki  cəhətdən  məhf edilməsi,  gələcəkdə  Azərbaycan Nizami  ordusunun  işğal olunmuş  torpaqları  azad etməyi  üçün  keçirəcəyi iri  miqyaslı  hucumlar üçün  davamlı  plasdarmlar yaratmaqdan  ibarət  olmalıdır.  Yerli  əhalidən  ibarət olan ilk partizan birlikləri  Azərbaycan nizami  ordusu  zabitləri, birinci  Qarabağ  müharibəsi iştirakçıları   və ya  hər hansı  bir  vaxt  dunyanın  qaynar  bölgələrində döyüş  yolu  keçmiş, döyüş  taktikasını   strategiyasını  mənimsəmiş  şəxslər tərəfindən  idarə  olunmalıdır. Partizan  dəstələrinin liderləri yetişdirərək bu
kəsləri işğal altındakı bölgələrə göndərmək üçün  dövlətin  xüsusi xidmət  orqanları  başlıca rol  oynamalıdırlar.

Burada   bəzi oxucuların  bu  məsələ də mənimlə  razılaşmaması  da mümkündür.  Misal  üçün xatırlamadığım  elektron  saytların  birində  belə  bir arqumentlər  irəli  sürülmüşdür ki,   Azərbaycanda formalaşmış
dövlət var,  bu dövlətin
mərkəzləşdirilmiş qaydada silahlı qüvvələri mövcuddur. Bu  dövlət  Müdafiə Nazirliyi, Sərhəd Qoşunları, Daxili
Qoşunlar və digər qoşun növlərinə malikdir. Azərbaycanda partizan dəstələrinə uyğunlaşdırılmış  könüllü
batalyonlar müstəqil dövlətimiz formalaşmazdan əvvəl olub. Bu dəstələr arasında
rabitənin olmaması, vahid komandalığa tabe olmamaları son nəticədə ağır
məğlubiyyətlərə səbəb oldu. Hazırda dövlətin nəzarətindən kənarda hərbi
birləşmənin yaradılmasına ehtiyac yoxdur. Hətta bəziləri  bu  məsələyə daha  sərt  mövqe nümayiş  etdirib  bildirəcəklər ki,  ” qanunsuz silahlı birləşmə
yaratmağa  ehtiyac  duyulmur. “

Lakin
bura  da məsələ  bir  qədər fərqlidir.  Söhbət   hansısa oliqarxın tabeçiliyində maddi vəsait
hesabına  saxlanılan qanunsuz silahlı
dəstələrdən və yaxud idmançılardan getmir.

Hər
nə qədər işğalçı güc tərəfindən çox vaxt “terrorist” olaraq  adlandırıla bilsə də partizanlar döyüş hüququ baxımından yenə də  dövlətlər arası  xarici işğaldan  qurtarmaq üçün döyüşən, milli ordunun formalı
üzvləri olaraq qəbul edilib.  Ümumiyyətlə
işğalçılıq idarəsinə qarşı müqavimət hərəkatlarınin  onlarla  nümunəsini  misal  gətirmək olar.

Təsəbvür  edin işğal  olunmuş  torpaqlarda partizan  dəstələri   həmin  dəstələrin  vahid partizan  komandanlığından  qaynaqlanan ” komando    qrupları erməni  hərbi  birləşmələrinin  qaynaqlarını ələ  keçirmək   ya  yox  etmək məqsədilə  yürüşlər  edir. Bu silahlı qüvvələr, işğal  olunmuş ərazilərdə  erməni  hərbi birləşmələrinin  dislokasiya  məntəqələrində  düşmənə xırda  miqyaslı  zərbələr endirib  ,  strateji əhəmiyyət  kəsb  edən yolları    ya kəndləri   ələ keçirəcək,  strateji əhəmiyyətli  obyektlərin  mühafizə sistemini  pozacaq,  döyüş-sursat anbarlarını,  hava  limanlarını sıradan  çıxardacaq,  ən əsası  odur  ki, lazım  olan  məqamlarda düşmən  hər  hansı bir  döyüş  əməliyyatını həyata  keçirmək  üçün əlavə  texnika   ya  canlı  qüvvə ayırmağa  məcbur  olacaq.

İşğal  olunmuş ərazilərdə  yerli  əhalidən formalaşmış  Partizan  dəstələrinin effektiv  mübarizə  aparması üçün   xalqın,  yəni elə  həmin  partizan dəstələrinin  mənbəyi  hesab olunan   yerli  əhalinin döyüşməyən  təbəqəsinin  dəstəyi şərtdir.  Yaradılması hər  zaman  vacib olan   nizamsız  partizan dəstələri  düşmənin  işğal etdiyi  ərazilərdə  özünə sərf  edən,  lakin düşmən  üçün diskomfort  (dağlar, meşələr,  mağaralar)  yaradan amillərdən  düşmən əleyhinə   məharətlə  yararlanmağı  bacarmalıdır.  Bu dəstələrin  Azərbaycan  Requlyar ordusundan  fərqli  olaraq   məqsədi  erməni  hərbi birləşmələrini  darmadağın  etmək deyil,  düşmənə zərər verməyi,
döyüşmə əzm və iradəsini qırmağa çalışmalıdır . Sözsüz  ki,  ordu komandanlığının  müvafiq  qurumları   tərəfindən     dəstəyin təmin
edilməsi  partizan  dəstələrinin aparacaqları  silahlı  mübarizənin  uğurlu  ola bilməsi üçün həyati
əhəmiyyət daşıyar.

Əslində  üzərində fikir  yürütdüyümüz   eyni  zamanda   bu gün  torpaqlarımızın  işğal altında  olduğu  bir zamanda  yaradılmasını  vacib saydığımız  partizan  hərəkatı anlayışı  heç   Azərbaycan  xalqı üçün  yad  bir tendensiya  deyil.  Düzdür bu  müqavimət  dəstələri partizan,  fədailər,  nəbilim daha nə  kimi,
adlandırılmasalar  da,  mahiyyətcə eyni  məqsədlər  üçün yaranıb,  mübarizə  aparıblar. Bizim   xalqa  məxsus,  hələ   adları  geniş kütləyə  məlum  olmayan milli  qəhramanlarımız,  həm   partizan  hərəkatının rəhbərləri  olub. Azərbaycanın
zülmdən qurtarılması uğrunda , erməni  qaniçənlərin məhv
edilməsində  partizanların əvəzsiz  rolu olmuşdur. Milli  qəhrəmanlarımız Azərbaycanın ayrı-ayrı
bölgələrində düşmənə qarşı  rəşadətlə
vuruşmuş  xalqımızın  qisasını onlardan dəfələrlə almışlar.

Onlar
liderləri  olduqları dəstələrin  silah-sursatla, proviantla, zəruri  ləvazimatlarla  təmin olunmasını bacarıqla həyata keçirir,
düşmənə qarşı hücum planlarının işlənib hazırlanmasında əsl sərkərdəlik  nümayiş etdirirdilər.  Çox hallarda silahlı kəndlilər kiçik və böyük
dəstələrdə birləşərək  erməni  siyasəti yeridən  çar məmurları üzərinə
hücum edir . Bu kəndli çıxışları özünəməxsus bir formada   həmin dövrdə mövcud idarə sisteminə qarşı etiraz idi . Erməni  işğalçılarına qarşı  mübarizədə bir çox
azərbaycanlılar haqsızlığa dözməyərək dağlara çəkilib daşnaklara qarşı silahlı
müqavimətə başlayıblar.  Belə dəstələrin
üzvlərinə xalq arasında qaçaqlar deyilirdi.

Azərbaycanda  partizan hərəkatı XIX əsrdə və XX əsrin
birinci yarısında çox mühüm əhəmiyyətə malik olmuş, partizan hərəkatının fəal
olduğu bölgələrimizdə ermənilərin və onların havadarlarının bir çox planları
puç olmuş, erməni qırğınları zamanı azərbaycanlıların kütləvi qırılmasının
qarşısı alınmışdır. Müasir həyatımızda vətənimizin ermənilər tərəfindən ardıcıl olaraq işğal olunduğu bir
vaxtda partizan hərəkatı vacibdir.

Son
günlər gündəmə gətirilmiş həssas məsələlərdən biri də yüzlərlə Azərbaycan
gəncinin ölümü  gözü  qarşısına alıb Suriya qırğınına yollanması və orada həlak olmasıdır.
Cəmiyyətimizdə  bu  gənclərə münasibət  bir  mənalı deyil. Onların  atdıqları  addımları dəstəkləyənlər    var, qınayanlarda. Bura  da  ən ciddi  əsas  ondan ibarətdir  ki,  bu gənclər  Azərbaycanda  anadan olublar,  yaşayıblar   bizim  hər  birimizdən heç    ciddi bir  ideoloji,  fizioloji fərqi  olmayıb.  Onlar da  bizim  hər birimiz  kimi,  ata ana  övladıdır,  hər biri  ailə  qurub, övlad  böyütmək  arzusu ilə  yaşayıblar.  Lakin   baş  verdi ki, bu  gənclər  ölkəmizdə hansısa  təriqətlər,  xarici təsirlər  altına  düşüb burnumuzun  ucunda düşmən  işğalı  altında olan  Qarabağda  deyil, Azərbayan  sərhədlərindən  minlərlə km  uzaqlarda  olan Suriyada  “şəhid”  olmağa yollandılar.

Müstəqil
ekspertlərin fikrincə,  Azərbaycan
hökuməti bu cür könüllülərdən narahat olsa da, onların Qarabağda savaşa cəlb
olunması dövlət üçün müsbət amilə çevrilə bilərdi. Suriya və ya Əfqanıstana
gedən azərbaycanlı dindardır və o Qarabağ problemini xristian-müsəlman davası
kimi qəbul edir. Və hesab edir ki, hər yerdə bu müharibə davam edir, yəni
məsələn, Əfqanıstanda vuruşmaqla Qarabağa da yardım etmiş olur. Bu onun
düşüncəsidir. Bu insanlar Qarabağda da belə bir qurum yaratmağa çalışdılar. O
zaman dövlət buna qarşı çıxdı. Hakimiyyət üçün maraqlı olmasa da, Azərbaycan
dövləti üçün Qarabağda partizan hərəkatının olması faydalıdır. Bu Azərbaycanın
əlində əlavə arqument olardı. Hökumət də bu prosesi öz nəzarəti altına götürə
bilərdi.

Qeyd  etdiyimiz gənclərin  bir  qismi  öz  soydaşlarından  fərqli olaraq,  Qarabağda  deyil, bura da,  Bakıda,  ən yaxşı    halda  respublikamızın    ayrı-ayrı barıt  qohusu bilməyən  rayonlarında  anadan olublar, bunlar  Qarabağ  haqqında ancaq  ara-sıra  valideynlərindən, eləcə də bu günün təbliğat
mexanizminin tələblərinə cavab verməyən, lakin senari qurluşlarına,
çəkilməklərinə milyonlar sərf edilmiş filmlərdən duyblar ,  digər qismi  isə   “Topaz”  salonlarında  saatlarla  əhəmiyyətsiz vaxt  öldürüb, futbolda  kimin nəvaxt,  harada  top vurmasını  əzbərdən  bilsə də, xəritədə  Qarabağın  harada yerləşməsini, hansı ərazilərin   nəvaxt,  hansı şəraitdə  erməni  hərbi birləşmələri  tərəfində  işğal olduğunu  söyləməyə  çətinlik çəkər.  Elə bu səbəblərdən bizim
bu gün ölümün gözünə baxmaqdan qorxmayan, dinimiz, torpaqlarımız uğrunda gözünü
qırpmadan ölməyə hazır olan hər bir Azərbaycan gəncinə, elə həmin Suriyanı
cihad yeri bilib gedənlərə də ehtiyacımız var.

Bütün  bunlar hamısı  kompleks  şəkildə vəziyyətin    qədər acınacaqlı  olduğundan  xəbər verir.   Bu  yerdə vəziyyətdən  çıxış yolunu  göstərə  bilən, öhdəliyi  üzərinə  çəkəcək   birisi  varsa,  bu  da  dövlətdir. Daha  dəqiqliklə  desək Dövlətin  simasında  elə həmin  güc  strukturları, dini  qurumlarla   üzrə  dövlət  komitəsi,Qafqaz  Müsalmanlar İdarəsi, Gənclər və Idman Nazirliyi, Sosial Müdafiə Nazirliyi  yaxalarını kənara  çəkmək  əvəzinə, öz  səlahiyyət   vəzifələrini  layiqincə  həyata keçirməlidirlər. Əks  halda  bir qədər  öncə  yaradılmasını vacib  saydığımız  müqavimət qüvvələrinin    tək  gələcək əskəri  ola  biləcək gənclərin  hərb  maşının çatışmayan ciddi  elementi  kimi deyil, elə  dövlətinə,  vətəninə sadiq  bir  vətandaş kimi  görməmək  təhlükəsilə qarşılaşa  bilərik.

İstər  on il  bundan  öncə, Istərsə  də hal  hazırda    Azərbaycan cəmiyyətində  erməni
işğalına qarşı daha radikal və barışmaz əhval-ruhiyyə formalaşmaqda  olub. 
Bu  prosesin bütöv  işğal  müddətində ara-sıra  passiv   yaxud  qeyri  passiv  dövrlərinə  təsadüf  etmək olar.   Elə  götürək yaxın  keçmişimizi. Misal  üçün  əgər  xatirim  məni aldatmırsa  2003-cü  ildə   Azərbaycan  cəmiyyətində işğalçılara  qarşı  müharibə və hərbi əməliyyatlar haqqında
müzakirələr aktiv  şəkildə  aparılırdı. Həmin  zaman   bir qrup gənc dəstə yaradaraq, düşmənə qarşı
partizan müharibəsinə başlamaq üçün cəbhə xəttini keçməyə cəhd göstərmişdi.  Qarabax   Qarabax  ətrafı yeddi  rayon  düşmən tərəfindən  işğal  olduqdan sonra,  İlk  dəfə erməni  hərbi  birləşmələri tərəfindən  işğal  olunmuş torpaqlarımızda  partizan  hərəkatı yaratmaq,  onu  təkmilləşdirmək   vahid  komandanlığın  nəzarətinə vermək  şansı  əldə edilmişdir.  Kütləvi informasiya
vasitələrindən bizə məlumdur ki, “Qarabağ partizanları”nın əsas məqsədi əldə etdikləri silahla Ermənistan
tərəfinə keçərək, partizan müharibəsi aparmaq olub.  Qrupun əksər üzvləri 2001-ci ildə Gürcüstan
ərzasində, Pankisi dərəsində çeçen mücahidlərinin hərbi bazasında hərbi təlim
keçmişdi. Hərbi təlim zamanı gənclər mühasirədən çıxmağı, çətin şəraitdə
döyüşməyi, partizan müharibəsinin incəliklərini yüksək səviyyədə mənimsəmişdilər. Qruplaşmaya daxil olan
gənclər eyni zamanda çeçen mücahidlərinin düşərgəsində öz hesablarına silah
almağı və bunu gizli yolla Azərbaycana keçirməyi bacarmışdılar.  Təssüflər olsun  ki, həmin zaman  onlardan imtina olundu, belə ki, Qarabağa
yola düşməyə hazırlaşan “partizanlar” 2003-cü ilin avqustunda Bakıda  yığışarkən respublikanın  güc  strukturlarının  əməkdaşları tərəfindən həbs olunurlar.  2004-cü il dekabrın 22-də Ağır Cinayətlərə
Dair İşlər üzrə Məhkəmənin hökmü ilə müxtəlif müddətlərə azadlıqdan məhrum
ediliblər. Dövlət ittihamçısı ilk prosesdə “partizanlara” üst-üstə 171 il iş
istəyib. 2005-ci il martın 30-da Apellyasiya Məhkəməsində, 2005-ci il avqustun
31-də Ali M

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4694

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2024
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
26272829