Niyə intihar edirik?

23.07.2016 - 13:31

rr-174Azərbaycanda bir gündə 2-3 intihar hadisəsinin baş verməsi barədə xəbərlər eşidirik.
Ümumiyyətlə, intihar hallarının 60 faizinin yaz-yay aylarında baş verdiyi deyilir. Belə hesab edilir ki, intiharın əsasını, yəni 70 faizini depressiya təşkil edir və depressiya keçirən insanların 15 faizi intihar edir. Rəsmi statistikaya görə, dünyada hər il 1 milyon 100 min insan özünə qəsd edir. 19 milyon insanın isə özünə qəsdi uğursuz alınır. Məhkəmə ekspertlərinin fikrincə, “bədbəxt hadisələrdən ölənlər də”(dərman aparatlarından dozadan artıq istifadə, yollarda qəza, hündürlükdən düşmə) bunlar da suisid hesab olunur. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün ölkələr üzrə suisid göstəricilərini 3 qrupa ayırır:
1. Özünə qəsdin yüksək və ən yüksək səviyyəsi — əhalinin 100 min nəfərinə 20 və 20-dən çox intihar;
2. Özünə qəsdin orta səviyyəsi — əhalinin hər 100 min nəfərinə 10-20-yə qədər intihar;
3. Özünə qəsdin aşağı səviyyəsi — əhalinin hər 100 min nəfərinə 10-na qədər intihar.
Bundan başqa, ÜST intiharın (suisidin) 800 səbəbini göstərib. Bunlardan 41 faizi məlum deyil, 19 faizi cəzalanman qorxusuna görə, 18 faizi ruhi xəstəliyə, 18 faizi evdəki məhrumiyyətlərə, 6 faizi ehtirasa, 3 faizi pul itkisinə, 1,4 faizi həyatdan doyduğuna, 1,2 faizi fiziki xəstəliyə görə intiharlardır. Ən az özünə qəsd halları Misirdə, Haitidə və Yamaykadadır. Burada intihar halları demək olar ki, sıfıra bərabərdir. Azərbaycanda da tez-tez intihar edənlərin olması, xüsusən də bu halların gəncləşməsi, uşaqlaşması həyəcan təbili çalmağa əsas verir. Bu intiharları fəsillə əlaqələndirənlər olsa da, xüsusi araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycanda qadınlar və yaxud da ailə başçıları arasında intihar hadisələrinin çoxalması məhz iqtisadi vəziyyətlə bağlıdır. Daha çox böyük miqdarda borcu olanlar, ailəsini dolandıra bilməyənlər intihara əl atır. Əslində isə intihar edənlər 70-80 faiz ölməyi heç istəməyən insanlardır. Onlar bu yola əl atmadan öncə öz yaxınlarına, ətrafına müxtəlif mesajlar verirlər.
“Bezdim yaşamaqdan”, özümü öldürəcəyəm, rahat olacaqsınız» kimi mesajlar əslində “çıxılmaz vəziyyətdəyəm, mənə kömək edin” anlamındadır. Psixoloqların qənaətinə görə, intihar etmək istəyən insanların təsbiti çox asandı. Belə ki, intihar riski tez-tez ölümdən danışanlarda, öz şəxsi əşyalarını ətrafına paylayanlarda, ictimai həyatla, yaxın ətrafı ilə əlaqəni kəsib özünə qapanan, tək qalmağa üstünlük verən insanlarda olur. Bu cür fikirli insanların ətrafındakılar onlara dəstək olmalı, onların bu həyat üçün, özləri üçün dəyərli olduğunu göstərməli, bunu dilə gətirməlidir. İnsanlar daha çox asılma yolu ilə intiharı seçirlər. Qadınlarla kişilərin intihar metodu arasında da fərq var. Kişilər daha qəddar və qurtulma şansı olmayan, məsələn, özünü asma, odlu silahla özünə atəş açma və sairə kimi intihar metodunu seçir. Qadınlar isə nisbətən daha romantik intihar metodlarına əl atırlar. Onlar daha çox hündürlüyə çıxıb insanları başına toplayaraq və ya dərman qəbul edərək intihar etmək yolunu seçirlər.
Dünya tarixində bu günə qədər baş vermiş milyonlarla intihar hadisələri arasında ən qəribəsi 1998-ci ildə Fransada baş verib. Belə ki, həyatından bezmiş bir fransız ən qəribə intihar metodunu seçib. Dənizin sahilindəki qayaya bağladığı kəndiri boğazına keçirib. Daha sonra zəhər içib, paltarına od vuraraq özünü uçuruma atıb və atlanarkən də əlindəki tapança ilə başına atəş açıb. Lakin güllə onun başına dəyməyib, yan keçib və kəndiri qırıb. İntiharçı dənizə düşüb. Soyuq su yanan paltarlarını söndürüb və eyni zamanda onu şoka salıb. Şok nəticəsində intiharçı içdiyi zəhəri qaytarıb. Bir balıqçı tərəfindən dənizdən çıxarılaraq xəstəxanaya yerləşdirilən həmin şəxs orada hipotermiyadan (bədən hərarətinin aşağı düşməsindən) dünyasını dəyişib.
Psixoloq Elnur Rüstəmov intiharların mövsümlə bir əlaqəsi olmadığını dedi: “İntihar prosesində iqlimin təsiri var. Statistika göstərir ki, intihar halları soyuq ölkələrdə daha çox olur, nəinki isti ölkələrdə. Ekvatora yaxın olan ölkələrdə intihar hallarına az rast gəlinir. Şimal ölkələrində isə bu çox olur. Ona görə də intihar hadisələrinə görə Skandinaviya ölkələri öndə gedir. Ancaq yay fəslində intihar halları azalıb. Yay aylarında narahatlıq yaşayan, depressiyada olan, özünü reallaşdıra bilməyən, ailədaxili konflikti, fərdi problemləri olan insanlarda intihar halları yaranır. Yəni burada mövsümlə, iqlimlə yox, daha çox fərdin özü ilə bağlı bir şəraitdə intihar halı baş verir. Ancaq müqayisə etsək, qışda daha çox intihar olur, nəinki isti yay aylarında. Yay aylarında bədbəxt hadisələr ola bilər. Tutaq ki, dənizdə boğulma oldu. Ancaq ümumən qışda hava tez qaraldığı, günəş işığı az düşdüyü üçün depressiyanı, başqa bir psixoloji narahatçılığı, özünə qapanmanı stimullaşdıra bilər”. (musavat.com)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=70945

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930