Məşhur viruslar dünya təşkilatlarının dörddə birinə hücum edib

23.06.2017 - 19:26

“Check Point”  şirkəti tədqiqat apararaq dünyada hər dördüncü təşkilatın “Fireball”  və “WannaCry” viruslarının hücumuna məruz qalmasını açıqlayıb

Cumhuriyyet.net ICTnews-a istinadən xəbər verir ki, əvvəllər məlum olmayan viruslar ən fəal zərərli proqram təminatı ailəsi üçlüyünə daxil olub. “Fireball” dünya təşkilatlarının 20 faizinə ziyan vurub.

“WannaCry” təşkilatların 8 faizinə hücum edib. Həmçinin, aktiv viruslardan biri şirkətlərin 16 faizini yoluxduran “RoughTed” olub.

“RoughTed” zərərli reklamın geniş kampaniyasıdır. “WannaCry”da olduğu kimi, virus yaradıcıları onun şəbəkələr daxilində və arasında yayılması üçün “Windows SMB”  eksploytunun “EternalBlue” adlı imkanlarından istifadə ediblər.

Məlumata görə, ən aktiv zərərli proqramlar onluğuna, həmçinin 2017-ci ilin mayınadək mütəxəssislərə məlum olmayan “Jaff”  proqram təminatı daxildir. Virus səkkizinci yeri tutub. Ən fəal mobil zərərli proqramlar arasında “Hiddad” və “Triada” viruslarını geridə qoyan “Hummingbad” olub.

“Check Point” hesabatında qeyd olunur ki, kiberhücumlara ən çox Zambiya, Nigeriya və Kamboca, ən az isə Lixtenşteyn, Tanzaniya və Gernsi adasının şirkətləri məruz qalıb.

cumhuriyyet.net

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=95386

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930