
Sabir Rüstəmxanlı; “Bizim vətən anlayışımız indiki Azərbaycan Resublikası ərazisindən çox-çox genişdir, tarix əsrlərlə bizim əleyhimizə işləyib və millət olaraq param parça olmuşuq. Bu Zəfər Günü həm də iki əsrlik o parçalanma, işğal tarixinin sonudur”. 2020-ci il sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan 44 Günlük Vətən müharibəsindəki qələbəmizin üçüncü ilinin tamam olması ilə əlaqədar […]
Noy 8 2023 | Posted in
Günün Xəbəri |
Read More »

Dağıstan iğtişaşlarından sonra Abxaziyanın İttifaq Dövlətinə qoşulması müzakirə olunub; Rusiya “qayka”ları bərkidir və bölgədə kontrolu gücləndirir Son vaxtlar həm regional, həm də beynəlxalq mediada Şimali Qafqazda vəziyyətin gərginləşəcəyinə dair verilən rəylər, deyəsən, özünü doğruldur. Dağıstanda baş verən son hadisələrin ardınca Abxaziyadakı separatçı qurum da hərəkətlənir. Belə ki, beynəlxalq səviyyədə Gürcüstanın bir hissəsi kimi tanınan ərazilərdə […]

Siqaret və alkoqollu içkilərin aksiz dərəcəsi artırılır. Musavat.com xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı 2024-cü ilin dövlət büdcəsinin layihəsində bildirilib. Vergi Məcəlləsində edilməsi nəzərdə tutulan dəyişikliklərə əsasən, aksiz dərəcəsi siqarillanın (nazik siqarlar) hər 1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 min manatdan 45,5 […]

İki neftçinin ölümü ilə nəticələnən hadisə ilə bağlı “Azneft”in vəzifəli şəxsi məsuliyyətə cəlb edilib. APA xəbər verir ki, bu il avqust 24-də “Azneft” İstehsalat Birliyinin (İB) N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) birinci mədən ərazisində neft yığım məntəqəsində qəzalı sahədə planlı təmir işləri apararkən “Neftqaztikinti” trestinin əməkdaşları 1960-cı il təvəllüdlü, quraşdırıcı vəzifəsində çalışan Ağaməmmədov […]

Azərbaycanda ərzaq təhlükəsizliyi tədbirləri üçün gələn il büdcədən 502,9 milyon manat vəsait ayrılması proqnozlaşdırılıb. “Report” xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında əksini tapıb. Ətraflı Ads by 0 Reklamınızı SmartBee ilə effektiv edin. Ads by 5 Reklamınızı SmartBee ilə effektiv edin.Ərzaq təhlükəsizliyi tədbirləri üçün ayrılmış vəsait hesabına fermerlərə kənd təsərrüfatı […]

Azərbaycanda turizm imkanlarının genişləndirilməsi, regionlarda turizm fəaliyyətinin stimullaşdırılması üçün Dövlət Turizm Agentliyinə dövlət büdcəsindən cəm olaraq 54,4 milyon manat, o cümlədən “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin xərclərinin bir hissəsinin örtülməsi üçün 12,1 milyon manat vəsait nəzərdə tutulub. “Report” xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında əksini […]

2024-cü ildə Azərbaycanın şəhər və rayonlarından 58-i (Lerik rayonu əlavə olunmaqla) xərclərini dövlət büdcəsindən maliyyə yardımı (dotasiya) almadan öz gəlirləri hesabına təmin edəcəklər. “Report” xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında əksini tapıb. Qalan 7 rayona yerli gəlir və xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən 9,3 […]

“Qələbəni Azərbaycan xalqına, şəhidlərimizə, qazilərimizə həsr edirəm”. Bunu “Report”a açıqlamasında Litvanın Kaunas şəhərində keçirilən kudo üzrə Avropa çempionatında qızıl medal qazanan Azərbaycan karateçisi Elbrus Səmədov deyib. O, turnirdəki hər üç görüşündə qalib gəldiyini xatırladıb: “Final qarşılaşmasında rəqibim Ermənistan təmsilçisi idi. Bu, çox məsuliyyətli görüş oldu. Mən Azərbaycan xalqının adından orada iştirak edirdim. Uduzmaq şansım yox idi […]

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda token əməliyyatlarının ümumi məbləği 1,9 milyard manat təşkil edib. “Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Fərid Osmanov Bakıda “Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq” mövzusunda keçirilən VII Beynəlxalq Bankçılıq Forumunda (“IBF-2023”) bildirib. Onun sözlərinə görə, hesabat dövründə POS-terminallarla həyata keçirilən ödənişlərdə token əməliyyatlarının xüsusi çəkisi 27 % olub. Bundan başqa, AMB rəsmisi deyib […]

Bu gün Abşeron rayonunun bəzi qəsəbələrinin qaz təchizatı dayandırılacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, noyabrın 1-də saat 10:00-dan etibarən “Müşfiqabad” Qaz Paylayıcı Stansiyasında görüləcək təmir işləri səbəbindən “Sulutəpə-Xırdalan” ölçü qovşağından qidalanan “Müşfiqabad Daxili” ölçü qovşağından ayrılan əhali qaz kəmərində qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir işləri aparılan […]
Noy 1 2023 | Posted in
Günün Xəbəri |
Read More »