“Trabzonspor” Azərbaycan çempionatında çıxış edəcək

Futzal üzrə Birinci Liqanın 2023-2024-cü il mövsümündə iştirak edəcək komandaların adları və sayı müəyyənləşib. Azərbaycan Futzal Federasiyasından verilən məlumata görə, 12 komanda qalib adı uğrunda yarışacaq. Oyunlar iki dövrədən ibarət olacaq və dairəvi sistemlə keçiriləcək. Liqada mövsümə oktyabrda start veriləcək. Qalib adı uğrunda “Şuşa”, “Metropoliten”, “Ulduz”, “STAR kargo”, “Trabzonspor”, “Timsport”, “Dəstə Ordubad”, PFL, “Xan-Lənkəran”, “Baku […]

Ev sahibliyimiz gözəl idi, oyunumuz yox…

Pərvanə İsmayılova Bakıda Keçirilən Dünya Kubokundan çıxarılmalı olan dərsləri şərh edir Şahmat üzrə 10-cu Dünya kuboku bu il Bakıda keçirildi. İyulun 30-da başlayan yarışda ölkəmizi 18 şahmatçı təmsil edirdi. Əvvəllər belə yüksək səviyyəli beynəlxalq yarışlarda Rusiya, Çin və Hindistan şahmatçılarının sayca daha çox olduğunu müşahidə etsək də, bu dəfə ev sahibi kimi daha şanslı idik. […]

Messi MLS-də debütündən sonra cəzalandırıla bilər

Argentina millisinin və ABŞ-ın “İnter Mayami” klubunun futbolçusu Lionel Messi MLS müntəzəm çempionatında “Nyu York Red Bulls”a qarşı debüt etdikdən sonra cəzalandırıla bilər. Cumhuriyyet.net xəbər verir ki, bu barədə “Goal”ın məlumatında deyilir. Qeyd olunur ki, buna səbəb 36 yaşlı argentinalı hücumçunun oyundan sonra jurnalistlərə müsahibə verməməsi və media nümayəndələri ilə ünsiyyətdən imtina etməsidir. Liqa qaydalarına […]

Ronaldinyoya Braziliyanı tərk etmək qadağan olunub

2005-ci ildə “Qızıl top” mükafatının sahibi olmuş Ronaldinyo dələduzluq işi ilə bağlı məhkəmə iclaslarına gəlmədiyi üçün Braziliyanı tərk etmək qadağası ilə üzləşib. Mənbənin məlumatına görə, Ronaldinyo kriptovalyutalarla fırıldaqçılıqda və maliyyə piramidasının təşkilində ittiham olunur. Futbolçu parlament komissiyası qarşısında ifadə verməli idi, lakin o, iki dəfə görüşə gəlməyib. Sabiq futbolçu Braziliyaya uçuşunun pis hava şəraiti səbəbindən […]

“Barselona”da yeni müqavilə

İspaniyanın “Barselona” klubu qapıçısı Mark-Andre ter Ştegenlə yeni müqavilə imzalayacaq. Məşhur insayder Fabritsio Romanonun yaydığı məlumata görə, Kataloniya təmsilçisi almaniyalı qolkiperlə beşillik sözləşməni razılaşdırıb. 31 yaşlı qapıçının hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir. Ter Ştegen 2014-cü ildən “Barsa”da oynayır.

Tanınmış futbolçumuz Türkiyədə vəfat etdi

Azərbaycan futboluna ağır itki üz verib. Cumhuriyyet.net Fanat.az-a istinadən xəbər verir ki, Şəhriyar Rəhimov dünyasını dəyişib. Müdafiəçinin Türkiyədə vəfat etdiyi bildirilir. O, qardaş ölkəyə müalicəyə getmişdi. Qeyd edək ki, Şəhriyar Rəhimov karyerasını ötən il “Səbail”də başa vurmuşdu. Onun davamlı aldığı zədələr nəticəsində yaranan xroniki ağrıları bu qərarı verməsinə səbəb olmuşdu.

“Mançester Siti”nin futbolçusu tarixə düşüb

Xorvatiya millisinin və İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Mateo Kovaçiç tarixə düşüb. Cumhuriyyet.net xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi UEFA Superkubokunda İspaniya “Sevilya”sına qalib gəlməklə buna nail olub. Kovaçiç üç fərqli klubda bunu bacaran ilk oyunçudur. O, daha əvvəl 2016 və 2017-ci illərdə İspaniya “Real”ında, 2021-ci ildə isə İngiltərənin “Çelsi” komandasında titula yiyələnib. Yarımmüdafiəçidən daha […]

İlham Zəkiyev Avropa ikincisi oldu

Azərbaycan paracüdoçusu İlham Zəkiyev Niderlandın Rotterdam şəhərində keçirilən Avropa paralimpiya çempionatında gümüş medal qazanıb. Cumhuriyyet.net xəbər verir ki, 90 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən 2 qat paralimpiya çempionu fəxri kürsünün ikinci pilləsinə qalxıb. Qeyd edək ki, daha əvvəl Şəhanə Hacıyeva (48 kq) və Xanım Hüseynova (70 kq) Avropa çempionu olublar, Dürsədəf Kərimova (+70 kq) […]

Qurbanovdan tənqidlərə reaksiya

Bu komandanın təhlükəli və sürətli oyunçuları var. Cumhuriyyet.net xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Finlandiya HİK-inə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib. 51 yaşlı mütəxəssis rəqibin müdafiə xətti də fərqləndirib: “İndi rəqibin güclü, yaxud zəif tərəflərini desəm, düzgün çıxmaz. Amma çox yaxşı müdafiə […]

Ermənini məğlub edən Çingiz Vətənə qayıtdı

Azərbaycan və Belarusu təmsil edən kikboksinq üzrə “One Championship” Dünya Qran-Prisinin qalibi və yüngül çəkidə mütləq çempion, eyni zamanda “ONE Fight Night 13”də növbəti qələbəsini qazanan Çingiz Əlləzov Vətənə qayıdıb. Cumhuriyyet.net xəbər verir ki, idmançını Heydər Əliyev Beynəlxalq Aeroportunda idman ictimaiyyətinin nümayəndələri, azarkeşlər və media nümayəndələri qarşılayıblar. Otuz yaşlı döyüşçü Tailandın paytaxtı Banqkokda ermənistanlı Marat […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930