Azərbaycan klubu qeyri-adi səbəbə görə cərimələndi

“Araz-Naxçıvan” futbolçusunun adının düzgün yazılmamasına görə AFFA İntizam Komitəsi tərəfindən cərimələnib. Peşəkar Futbol Liqasının yaydığı məlumata görə, Premyer Liqanın I turunda, “Turan Tovuz”la görüşdə Vanderson Melonun formasında qeyri-əlifba hərfindən istifadə edilməsi naxçıvanlıları 800 manat ziyana salıb. “Səbail”lə səfər görüşündə azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi “Sumqayıt”ın 1500 manat cərimələnməsinə səbəb olub. Bundan başqa, “Neftçi” ilə Gəncədəki […]

Ronaldo Bakıya gəlir

Portuqaliyalı ulduz futbolçu Kristiano Ronaldo Azərbaycana gələcək. Cumhuriyyet.net Oxu.az-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunda çıxış edən 38 yaşlı hücumçu Bakıya səfər edəcək. Ronaldo şirkətlərdən birinin reklam siması olacaq. Ulduz futbolçu ilə görüş və korporativ imza mərasiminin keçirilməsi planlaşdırılır. Artıq tərəflər bütün detalları razılaşdırıblar, müqavilə hazırlanıb. Səfərin dəqiq tarixi hələlik açıqlanmır.

“Neftçi” – “Jelezniçar” oyununa biletlər tükəndi

UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək “Neftçi” – “Jelezniçar” oyunu üçün satışa çıxarılan bütün biletlər satılıb. Bu barədə “ağ-qaralar”ın Mətbuat Xidməti məlumat yayıb. Xatırladaq ki, matç üçün satışa səkkiz min bilet çıxarılıb. Qeyd edək ki, bu gün “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Jelezniçar” görüşü saat 21:00-da start götürəcək. Komandalar arasında Bosniya və Herseqovinada […]

İdmançımız dünya çempionatında finala yüksəldi

Azərbaycan para-üzgüçüsü Vəli İsrafilov İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında finala yüksəlib. Cumhuriyyet.net xəbər verir ki, o, 100 metr məsafəyə brass üzrə üzməkdə 1:12.34 nəticə göstərib. Final yarışı bu gün Bakı vaxtı ilə saat 21:06-da başlayacaq. Qeyd edək ki, Azərbaycanın digər para-üzgüçüsü Raman Saley dünya çempionatında üç medal qazanıb. İdmançı 100 metr məsafəyə arxası üstündə […]

Azərbaycan klubu doqquzuncu əcnəbi transferini reallaşdırdı

“Araz-Naxçıvan” yay fasiləsində heyətinə daha bir əcnəbi oyunçu qatıb. Klubun Mətbuat Xidmətinin yaydığı məlumata görə, bu dəfə braziliyalı müdafiəçi İqor Ribeyro Premyer Liqa klubu ilə anlaşıb. 26 yaşlı oyunçu Naxçıvan təmsilçisi ilə bir illik müqavilə bağlayıb. Onun son komandası Paraqvay “Takuari”si olub. İqor Ribeyro daha əvvəl vətənində “Qama”, “Bandeirante” və “Seilandia” komandalarında çıxış edib. Bu, […]

“Qalatasaray” növbəti transferini açıqlayıb

Türkiyə “Qalatasaray”ı mövsümlərarası fasilədə növbəti transferini açıqlayıb. Cumhuriyyet.net klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Almaniyanın “Bayer” (Leverkuzen) komandasından Kerem Demirbayı heyətinə qatıb. Hələlik türkəsilli almaniyalı yarımmüdafiəçi ilə imzalanacaq müqavilənin detalları bəlli deyil. “Cim-Bom”un bu keçid üçün qarşı tərəfə 6 milyon avroya yaxın təzminat ödəyəcəyi iddia olunur. Qeyd edək ki, Kerem Demirbay Almaniyanın […]

“Barselona” Dembeleyə əvəz tapdı

“Barselona” Leroy Sane ilə maraqlanır. Məlumata görə, Kataloniya klubu “Bavariya”nın vingeri ilə maraqlanır və onu Usman Dembelenin əvəzedicisi kimi nəzərdən keçirir. Bununla belə, Sane bu transfer pəncərəsində “Bavariya”dan ayrılmağı düşünmür. O, növbəti mövsümü Münhen klubunda keçirmək və yalnız bundan sonra gələcəyi ilə bağlı qərar vermək istəyir. Xatırladaq ki, Sane 2020-ci ildən “Bavariya”da çıxış edir.

AFFA-ya yeni mətbuat katibi təyin olunub

AFFA-ya yeni mətbuat katibi təyin olunub. Cumhuriyyet.net xəbər verir ki, bu vəzifədə Elnur Məmmədli çalışacaq. O, bundan əvvəl “Futbol+”, “ANS”, “AzTV” və “CBC Sport”da fəaliyyət göstərib. Eyni zamanda, Boks Federasiyasında mətbuat katibi vəzifəsində işləyib.

Qarabağda oynamaq istəyirik – Özbək

Qarşıda anım günü üçün Qarabağda bir matç keçirməyi və ya türk ölkələri klublarının iştirak edəcəyi bir turnir planlaşdırdığımızın müjdəsini vermək istəyirəm. Cumhuriyyet.net xəbər verir ki, bu barədə “Qalatasaray” klubunun prezidenti Dursun Özbək SOCAR-la əməkdaşlıq müqaviləsinin imzalanma mərasimində bildirib. “Bu əməkdaşlığın Heydər Əliyevin anadan olmasının 100 illiyində baş tutması çox dəyərlidir ”, – Özbək bildirib.

“Yuventus” UEFA Konfrans Liqasından kənarda qala bilər

Bu gün Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) İtaliyanın “Yuventus” klubu haqqında qərar çıxaracaq. Bu barədə İtaliya mətbuatı xəbər verir. Belə ki, əgər İtalyan klubunun UEFA-nın lisenziya və maliyyə tələblərini pozduğu təsdiq edilərsə, “Qoca senyora” cari mövsüm UEFA Konfrans Liqasında iştirak edə bilməyəcək. “Yuventus”u turnirdə A seriyasını səkkizinci pillədə tamamlayan “Fiorentina”nın əvəzləyəcəyi bildirilir.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930