Fuad Nəcəflinin NAXÇIVAN İFLASI: XRONOLOGİYA

Naxçıvan Muxtar Respublikasının sabiq rəhbəri Vasif Talıbovun vəzifədən kənarlaşdırılmasını onun yaxın ətrafından başqa, bütün naxçıvanlılar arzulayırdı. Muxtar respublika sakinləri, ölkəmizin və dünyanın müxtəlif yerlərində məskunlaşan naxçıvanlılar uzun müddət idi ki, həmin günü səbirsizliklə gözləyirdi. Nəhayət, 2022-ci ilin dekabr ayında Talıbov istefa verdi. Naxçıvanlılar ümid edirdi ki, bundan sonra hər şey daha yaxşı olacaq. Bunun üçün […]

Yasamalda yaşıllıq belə məhv olunur-FOTO,VİDEO

Yasamal rayonu, Nərimanov prospekti 5-də, Nəriman Nərimanovun heykəlinin yaxınlığındakı 7 mərtəbəli binanın 1-ci mərtəbəsində obyekt tikintisi zamanı çoxillik şam ağaclarına ziyan vurulub, bir çox ağaclar isə ümumiyyətlə yerindən çıxarılıb aparılıb. Hadisə Nərimanov prospektinin yamac hissəsində baş verib. Tikintidə işləyən fəhlələrin Tribunainfo.az-ın əməkdaşına dediyinə görə təyinatı bəlli olmayan obyektə ağaclığın içindən maşın yolu açılır. Abtomobillərin rahat gedib-gəlməsi, […]

“Embawood”un sahiblərindən olan Aytac Qasımova ilə Günay Səmədova yeni obyekt tikirlər

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Aytac Mehdi qızı Qasımova və Günay Mehdi qızı Səmədovaya Bakı şəhəri, Yasamal rayonu, Bəxtiyar Vahabzadə küçəsində 513,43 kv. metr sahəsi olan obyektin tikintisi üçün icazə verib. Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Tikintilərin Dövlət Reyestrində yerləşdirilib. Məlumatda göstərilir ki, obyektin tikintisinə […]

Sahil Babayevin “qadınlardan” ibarət olan “troll fabriki”– Fotofaktlar

27 mart 2024-cü il tarixində Yeniavaz.com saytında “Region ölkələrində insanlar neçə il pensiya ala bilirlər? – Azərbaycan sonuncudur” sərlövhəli yazı dərc olunub. Yazı eyni gündə saytın “Facebook” sosial şəbəkəsindəki eyniadlı hesabında da paylaşılıb. Yazı sosial şəbəkə hesabında paylaşıldıqdan sonra rəy bölməsində eyni üslub və eyni dəsti-xətt ilə ondan çox rəy yazılıb. Rəy yazanlar pensiya ödənişi müddətinə görə Azərbaycanın regionda […]

Şuşada işçilərin maaşını verməyən şirkət 20 min cərimələndi

“MT Construction” tikinti şirkəti Şuşa şəhərinin “Dəmir Yumruq” küçəsində yerləşən yaşayış binalarında insanları işə cəlb edib, maaşlarını vermədiyi üçün cərimələnib. Qaynarinfo-nun məlumatına görə, “MT Constructıon” MMC tikinti işlərinə 10-a yaxın şəxsi rəngsaz-suvaqçı kimi işə cəlb edib. İşçilərlə əmək müqaviləsi bağlanılmayıb və üstəlik gördükləri işə görə ödəniş edilməyib. İsmayıl Murulov, Əhməd Əhmədov, Rəhim Nüfərov, Namazəli Balayev, […]

Naxçıvanda qazilərin etirazı: “Fevral ayından təqaüd ala bilmirik” – VİDEO

Naxçıvan şəhər sakinləri olan bir qrup qazi tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər iddia edirlər ki, fevral ayından təqaüdlərini ala bilmirlər:“Biz qazilər, yazaraq sizdən xahiş edirik ki, problemimizi işıqlandırasınız. Vətənimiz uğrunda canımızdan, qanımızdan keçmişik, bu gün üçün də hazırıq. Amma bizlərə qarşı olunan haqsızlıqlar dözülməzdir. Şikayətimizə baxılmır, rəsmi şəxslərin qəbuluna girə bilmirik. […]

Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

Mərkəzi Bankın vaxtaşırı müştərilərin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksini açıqlaması insanların Azərbaycandakı banklarla bağlı fikrinin hansı yerdə olduğunu göstərir. Bu, həm də bank sektorunda özbaşınalığın qarşısının alınması üçün nəticəli bir metoddur. 2024-cü ilin fevral ayı üzrə açıqalama isə xüsusilə maraq doğurur. Fevral ayı üçün yuxarı şikayət indeksi siyahısında (hesablama nəticəsində əldə olunan orta göstəricidən […]

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib – İLGİNC FAKTLAR

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayevə məxsus olduğu iddia edilən “Universitas-İnternational” MMC barəsində media araşdırması zamanı ilginc faktlar üzə çıxıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “UNİVERSİTAS-İNTERNATİONAL” Məhdud Məsuliyyətli Cəmiyyətinin 18.05.2017-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. […]

Prezident belə deyir, Nərimanov İH başçısı isə elə edir – Foto/Video

Bakının Nərimanov rayonu paytaxtın mərkəzi ərazilərindən olsa da, burada qanunsuz işlər görülməsi başqalarından o qədər də fərqlənmir. Halbuki rayonun icra başçısı dəyişdi, Abdin Fərzəliyev Abşerona göndərildi, Elgün Həbibullayev onun yerinə gətirildi… Amma çi fayda?! Yeni gələn İH rəhbəri də xələfinə “rəhmət oxutmağa” başladı. Elə götürək Nərimanov rayonu, Faiq Yusifov küçəsi 125-131 ünvanında baş verənləri. Təsəvvür […]

“AYNA özündən qiymət icad edir?!”: Qış Parkı dayanacağında şok qiymətlər

“Qış Parkı” adlanan ərazinin altında 4000 avtomobil üçün nəzərdə tutulmuş avto-dayanacaq var, şəhərin mərkəzi olduğuna görə logistik olaraq sərfəli yerdədir. Şəhərin mərkəzinə avtomobillərin girişini məhdudlaşdıranda rəsmilər deyirdilər ki, maşınları insanlar qapalı parkinqdə saxlaya bilərlər, piyada mərkəzdə hərəkət edə bilərlər. İndi məmur tayfası “Qış Parkındakı” yeraltı dayanacaqda uzunmüddətli dayanacaq qiymətlərini 170% artırlar”. Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930