
Mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ermənistanın Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, sonuncu dəfə üçtərəfli formatda danışıqlar aprelin 6-da baş tutub.
May 19 2022 | Posted in
Manşet |
Read More »

Ermənistan tərəfi artıq Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı öz komissiyasını yaradıb, vaxtı gələndə adlar açıqlanacaq. Cumhuriyyet.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan hökumətin iclasından sonra jurnalistlərə bildirib. “İşçi qruplarının görüşünə gəlincə, bu, texniki fərqlərə görə baş tutmadı. Ümid edirik ki, texniki məsələlər həllini tapacaq və işçi qruplarının görüşü baş tutacaq”. Qriqoryan […]
May 19 2022 | Posted in
Manşet |
Read More »

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Cumhuriyyet.az “Report”a istinadən xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İlkin Süleymanov prokurorun suallarını cavablandırıb. Məhkəmədə prokuror Müşfiq Rəhimov təqsirləndirilən şəxsə “hadisəni törətmədiyini bildirirsən, lakin […]
May 18 2022 | Posted in
Manşet |
Read More »

Mayın 18-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Litva Respublikasının birinci xanımı Diana Nauseda ilə görüşü olub. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
May 18 2022 | Posted in
Manşet |
Read More »

“İnhisarçı olasan, bütün uçuşlara, yerüstü xidmətlərə nəzarət edəsən, qiyməti kəllə-çarxa qaldırıb bilet satasan, amma yenə də zərərlə-ziyanla işləyəsən – söhbət yenə analoqu olmayan şirkətdən, AZAL-dan gedir”. Cumhuriyyet.az xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli Azərbaycan Hava Yollarının (AZAL) son maliyyə hesabatı ilə bağlı fikirlərini bölüşərkən deyib. Ekspert bildirib ki, şirkət 2020-ci ili […]
May 18 2022 | Posted in
Manşet |
Read More »

Bu ay Rusiya, Azərbaycan, Ermənistan baş nazirlərinin müavinlərinin iştirakı ilə Üçtərəfli İşçi Qrupun iclası keçiriləcək. Cumhuriyyet.az bildirir ki, bu barədə Ermənistan baş nazirin müavini Mher Qriqoryanın ofisindən məlumat verilib. Qeyd edək ki, işçi qrup Qarabağ ətrafındakı regionda kommunikasiyaların blokdan çıxarılması məsələlərini müzakirə edəcək. İşçi qrup üç ölkə liderinin 2021-ci ilin yanvarında verdiyi […]
May 17 2022 | Posted in
Manşet |
Read More »

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mayın 17-də iki günlük işgüzar səfərlə Brüsselə gedəcək. Cumhuriyyet.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Vaan Hunanyan bildirib. Mirzoyan Belçikanın paytaxtında Ermənistan-Avropa İttifaqı Tərəfdaşlıq Şurasının 4-cü sessiyasında iştirak edəcək. Avropa İttifaqı (Aİ) nümayəndə heyətinə Avropa diplomatiyasının rəhbəri Josef Borrell rəhbərlik edəcək. Bildirilir ki, iclas […]
May 17 2022 | Posted in
Manşet |
Read More »

Bu gün İrəvanda keçirilən etiraz aksiyalarında saxlanılan vətəndaşların sayı 286 nəfərə çatıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Bildirilib ki, hazırda saxlanılan etirazçıların sayı dəqiqləşdirilir. Rəqəmlərin artacağı istisna edilmir. *** (10:33) Bu gün səhər saatlarında Ermənistanda keçirilən etiraz aksiyalarında 155 nəfər saxlanılıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə RİA-Novosti agentliyi […]
May 17 2022 | Posted in
Manşet |
Read More »

Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 30 mart 2021-ci il tarixli sərəncamında dəyişiklik edib. Cumhuriyyet.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni sərəncam imzalayıb. Sərəncama əsasən, Şuranın üzvü olan Zaur Qurbanov Anar Novruzovla əvəz olunub.
May 16 2022 | Posted in
Manşet |
Read More »

Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya işgüzar səfərə gedib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb. Ermənistanın Baş naziri Rusiya paytaxtında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iştirakçısı olan ölkələrin liderlərinin növbəti sammitində iştirak edəcək. *** 09:50 Ermənistanın baş naziri Nikol Paşinyan bu gün – mayın 16-da Rusiya Federasiyasına işgüzar səfərə gedəcək. Cumhuriyyet.az […]
May 16 2022 | Posted in
Manşet |
Read More »