İcra hakimiyyəti sabiq nazirin şirkətindən avtomobil alır – 95.000 manata

Mingəçevir şəhər İcra Hakimiyyəti sifarişçi olduğu növbəti satınalmaya yekun vurub. Qlobal.az xəbər verir ki, İcra Hakimiyyətinin “minik avtomobilinin satınalınması” lotu üzrə keçirdiyi satınalmanın məbləği 95.000 manat təşkil edib. Satınalmada “İmprotex Motors MMM” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1400064731) qalib elan edilib. Keçirilən satınalmada müqavilə üzrə İcra Hakimiyyətinin hansı alacağıə avtomobilin markası, buraxılış ili və modeli qeyd […]

Sabiq şöbə müdiri icra hakimiyyətini məhkəməyə verdi

Gədəbəy Rayon İcra Hakimiyyəti məhkəməyə verilib. Vətəndaş Zülfüqar Firudin oğlu İsgəndərov icra hakimiyyəti ilə bağlı Gəncə İnzibati Məhkəməsinə müraciəti edib. Əmək məsələləri – əməkhaqqının hesablanması ilə bağlı mübahisəli olan iş hakim Gülşən Əliyevanın icraatına verilib. Qeyd edək ki, Z.İsgəndərov icra hakimiyyətinin Hüquq şöbəsinin müdiri olub. pravda.az

Naxçıvanı atəşə tut(dur)an ölkə – ABŞ doğrudanmı sülh istəyir?

“Brüsseldə (5 apreldə) keçirilməsi planlaşdırılan görüş Ermənistanda aparılan islahatlara, demokratiya və iqtisadiyyata həsr olunacaq. Görüş zamanı Ermənistan-Azərbaycan sülh prosesi müzakirə olunmayacaq”. Bunu dünən ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bir növ Azərbaycanı sakitləşdirmək naminə söyləyib. “Bu, iqtisadiyyatın şaxələndirilməsi, humanitar yardım, qaçqınlara dəstək və Ermənistanda demokratiya və qanunun aliliyi kimi sahələrdə siyasi islahatlara dəstək məsələlərini müzakirə […]

Rövnəq Abdullayev və komandası getdi, Rövşən Nəcəf gəldi – “Kral öldü, yaşasın yeni Kral”

Bu gün hazırda AFFA-nın Buelvard Marriott otelində hesabat yığıncağı keçirilir. Mia.az xəbər verir ki, konfransda ilk olaraq Elxan Məmmədov çıxış edib. O,  mediada tənqid olunmasına zarafatyana münasibət bildirib: “Vaxtilə AFFA-da işləyən vaxtında tənqidə məruz qalan ən çox mə olmuşam. Hazırda belə tənqidi fikirlər üçün qəribsəyirəm…” Daha sonra AFFA rəhbəri Rövnəq Abdullayev çıxış edib. O, futbola gəlməsindən peşman olmadığını […]

Ermənistan sərhəddə hücum xarakterli dayaq məntəqələrini qurur – VİDEO

Son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin bölmələri və döyüş texnikasının cəmləşdirilməsi barədə 31 mart 2024-cü il tarixində Müdafiə Nazirliyi tərəfindən rəsmi məlumat yayılıb. Şərti sərhədboyu Ermənistanın qoşunlarını cəmləşdirməsi və hücum xarakterli dayaq məntəqələrini qurması, müxtəlif istiqamətlərdə uzunmüddətli atəş nöqtələrini yaratması, fortifikasiya qurğularını inşa etməsi bölmələrimizin sərəncamında olan xüsusi texniki vasitələr və […]

“Azəriqaz”ın sabiq rəhbərinə yeni vəzifə verildi

“Azəriqaz” İstehsalat Birliyinin sabiq baş direktoru Ruslan Əliyevə “Azərenerji” ASC-də yeni vəzifə verilib. “Unikal”ın verdiyi məlumata görə, bununla bağlı “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev əmr imzalayıb. Əmrə əsasən, Ruslan Əliyev “Azərenerji” ASC-nin departament direktoru təyin edilib. Xatırladaq ki, Ruslan Əliyev ötən ay “Azəriqaz”ın baş direktoru vəzifəsindən azad edilmişdi.

Azərbaycana taksi fəaliyyəti üçün çoxlu avtomobil gətirilib – “Karşerinq” xidmətinə start verilir? – VİDEO

Taksi şirkətlərindən birinin ölkəyə yeni avtomobillər gətirdiyi iddia olunur. BAKU.WS xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbələlərdə yayılıb. Videonun şərh bölməsində həmin avtomobillərin “karşerinq” xidməti üçün istifadə ediləcəyi bildirilib. Nəzərinizə çatdıraq ki, “Karşerinq” xidməti ilə vətəndaş avtomobili kirayə olaraq götürüb A nöqtəsindən B nöqtəsinə gedir. Bəs görəsən dünya ölkələrində xeyli populyar olan bu xidətin […]

Azərbaycanda həqiqi hərbi xidmətə ÇAĞIRIŞ başladı

Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırış başlayıb. Bu barədə Musavat.com-a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) məlumat verilib. Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 21-də Azərbaycan vətəndaşlarının 2024-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

“TikTok”da şəhidlərimizin olması barədə saxta xəbərlərlə əlaqədar tədbirlər görülür

“TikTok” sosial şəbəkəsində hərbi əməliyyatlar və şəhidlərimiz barədə saxta xəbərlər yayanlar barədə tədbirlər görüləcək. Bununla bağlı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin açıqlamasında bildirilir. “TikTok” sosial şəbəkəsində açılmış hesablarda hərbi əməliyyatların başlaması və şəhidlərimizin olması barədə saxta (feyk) xəbərlər yayılıb. Bəyan edirik ki, köhnə məlumatların manipulyasiyası […]

Ermənilər hərəkətləndi, ağır artilleriyalar… – RƏSMİ

Son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi, zirehli texnikası, artilleriya qurğuları, habelə digər ağır atəş vasitələrinin cəmləşdirilməsi və qoşunların intensiv hərəkəti müşahidə olunur. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən bildirilib. “Son vaxtlar Ermənistanda Azərbaycanı müharibə ilə hədələyən revanşist qüvvələrin daha da fəallaşması, ölkəmizə qarşı aqressiv ritorikanın yüksək həddə çatması və təxribat cəhdlərinə […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930