Naxçıvanda səhiyyə işçiləri də etiraz edir: 4 aydır, əməkhaqqı ala bilmirlər

Duzdağ Fizioterapiya Mərkəzinin işçiləri əməkhaqqı ala bilmədiklərinə görə, etiraz edirlər. TNS xəbər verir ki, bu gün mərkəzin 40-dan çox əməkdaşı Naxçıvan Ali Məclisi binasının önünə toplaşıb. Onlar bildirib ki, sonuncu dəfə dekabrın 15-də əməkhaqqı alıblar. İşçilərin dediyinə görə, onları Naxçıvan şəhərindən Duzdağa aparan servis avtomobili ödənişlidir. Bu gün pul tapa bilməyiblər, ona görə də heç […]

Azərbaycan əhalisinin sayı açıqlandı

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 6 769 nəfər və ya 0,1 faiz artaraq bu ilin mart ayının 1-i vəziyyətinə 10 187 539 nəfər təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Qeyd olunub ki, əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Xəzərin Azərbaycan hissəsində süni torpaq sahələri yaradılacaq

Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələri yaradılacaq. “Report”un əldə etdiyi məlumata görə, bununla bağlı Milli Məclisə qanun layihəsi daxil olub. Belə ki, “Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsi yaxın vaxtlarda parlamentdə müzakirəyə çıxarılacaq.

COP29 Sədrliyinin ilk mətbuat konfransı keçirilir

Bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ilə bağlı COP29-un baş qərargahında ilk mətbuat konfransı keçirilir. Musavat.com xəbər verir ki, tədbirdə COP29-un müəyyən olunmuş Prezidenti Muxtar Babayev, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev, COP29-un baş icraçı direktoru Elnur Soltanov, COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə […]

COP29-un keçiriləcəyi məkan açıqlandı

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçiriləcəyi yer məlum olub. Qaynarinfo xəbər verir ki, Azərbaycanın ev sahibliyi edəcəyi COP29 bu il Bakı Olimpiya Stadionunda keçiriləcək. Qeyd edək ki, COP29 bu il noyabrın 11-25-də baş tutacaq. Konfransın bütün plenar sessiyalarının vahid məkanda təşkili üçün stadion ətrafında əlavə konstruksiyalar quraşdırılacaq

Vasif Talıbovun 144 milyon mənimsəyən naziri hakim qarşısında – Cinayət dosyesi

Naxçıvan Ağır Cinayətlər Məhkəməsində Muxtar Respublikanın keçmiş maliyyə naziri, 144 milyon manatlıq yeyintidə ittiham olunan Rəfael Əliyevin cinayət işi üzrə məhkəməsi başlanıb. Rəfael Əliyev müttəhimlər kürsüsünə Naxçıvan Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin keçmiş rəisi Mansur Əsgərovla birlikdə çıxarılıb. Onların hər ikisi 2022-ci ilin noyabrında həbs olunsalar da, bir müddət əvvəl azadlığa buraxılıblar. Məhkəmənin hazırlıq […]

Deputat Ağalar Vəliyevin oğlu Gürcüstanda 50 milyon dollarlıq iki bina tikəcək (FOTO)

“Milli Məclisin deputatı Ağalar Vəliyevin oğlu Pərviz Vəliyev Gürcüstanın Kabuleti kurort şəhəri, Agmashenebeli küçəsində (277 və 313) iki binanın tikintisi üçün 1.648.000 və 2.550.000 lari dəyərində torpaq sahələri alıb”. Mia.az xəbər verir ki, bu məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənli özünün Feysbuk-dakı səhifəsində yazıb. Jurnalist bildirib ki, deputatın oğlunun tikdirəcəyi binalar biri 30 milyon və digəri 20 milyon […]

Naxçıvanın müasir quldarı – Ceyhun Cəlilov

Karl Marksın sözlərinə inansaq, insanoğlu ibtibadi icma quruluşundan sonra quldarlıq sisteminə qədəm qoymuşdur. Bir insanın başqa birini istismarı üzərində inşa olunan bu quruluşda qul quldarın xüsusi mülkiyyəti sayılırdı. Quldar istəsə öz köləsini pulsuz işlədər, onu acından öldürər və ya sata bilərdi. Zaman keçdikcə, qul əməyinin faydalı olmadığını anlayan mülkədarlar bu sistemdən könüllü şəkildə imtina etdilər. […]

Turizm Agentliyi Fransa şirkətinə 1,7 milyon manat ödəyəcək

Dövlət Turizm Agentliyi Fransanın “Euronews” şirkəti (FR77387858046) ilə satınalma müqaviləsi imzalayıb. Yeniavaz.com xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqaviləyə görə “Euronews” şirkəti Dövlət Turizm Agentliyi sifarişi əsasında “Euronews” kanalında, həmçinin veb-səhifəsində və sosial media hesablarında təbliğat xarakterli məlumatları yerləşdirəcək və qarşılığında 1,7 milyon manat alacaq. Qeyd edək ki, müqavilənin müddəti 02.04.2024 – […]

Talıbovun dövründə Naxçıvanda statistik rəqəmlər saxtalaşdırılıb? – Kəskin fərq var

Ötən il Naxçıvan Muxtar Respublikası üzrə qeydə alınan bəzi statistik göstəricilər əvvəlki illə müqayisədə kəskin şəkildə azalıb.   Əsas sosial iqtisadi göstəricilərdən biri olan muzdlu işçilərin sayı 2022-ci illə müqayisədə 2023-cü ildə 3 dəfədən çox azalıb. Belə ki, ötən il Naxçıvanda özəl sektorda çalışan muzdlu işçilərin sayı 2022-ci ildə qeydə alınan 72,6 mindən 23,2 min […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930