Dünya şöhrətli alman professor Qərbi Kaspi Universitetində

19.10.2017 - 22:08

Almaniyalı professor Ulli Arnold Qərbi Kaspi Universitetində (Qərb Universiteti) qonaq olub. Professor universitetlə, onun infrastrukturu, maddi-texniki bazası və strukturlaşması ilə tanış olub, professor-müəllim heyəti ilə görüşlər keçirib, menecment, sənaye malları marketinqi mövzularında diskussiyalar aparıb. Eyni zamanda iki gün ərzində universitetin MBA tələbələrinə Marketinq fənni üzrə masterklas keçib.

Qərbi Kaspi Universitetində tədrisin təşkilini, eləcə də maddi-texniki bazanı yüksək qiymətləndirən professorla növbəti semestrdə uzunmüddətli əməkdaşlıq nəzərdə tutulur. Belə ki, onun universitetin bakalavriat və magistratura pillələrində təhsil alan tələbələrə marketinq üzrə ümumi kurs keçməsi planlaşdırılır.

Məlumat üçün bildirək ki, Professor Ulli Arnold 1992-ci ildən etibarən Almaniyanın Ştutqart Universitetində çalışır.

Dünya şöhrətli iqtisadiyyatçı 2010-cu ildə Almaniyanın dövlət ordeni “Bundesverdienstkreuz“ ordeni ilə təltif olunmuşdur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=101890

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930