Azərbaycan ağır atletləri beynəlxalq yarışlardan kənarlaşdırıldı

21.10.2017 - 09:58

Oktyabrın 20-dən etibarən Azərbaycan və daha 8 ölkənin ağır atletlərinin bir il müddətinə beynəlxalq yarışlardan kənarlaşdırılmalarına dair qərar qüvvəyə minib.

Cumhuriyyet.net “Report”a istinadən bildirir ki, bu barədə Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) mətbuat xidməti məlumat yayıb.
Bu barədə qərar sentyabrın 30-da IWF-in İcraiyyə Komitəsinin Rumıniyanın paytaxtı Buxarestdə keçirilən iclasında qəbul olunub.
Buna 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycanın 3-dən çox, daha dəqiqi 5 atletinin dopinq-testinin təkrar analizlərinin müsbət nəticə verməsi səbəb olub. Azərbaycanla yanaşı, Ermənistan, Belarus, Çin, Moldova, Qazaxıstan, Rusiya, Türkiyə və Ukrayna da analoji cəzaya məruz qalıb.
Bu ölkələr 28 noyabr – 5 dekabrda ABŞ-ın Anahaym şəhərində keçiriləcək dünya çempionatına buraxılmayacaqlar.
Pekin olimpiadasında Sərdar Həsənov (62 kq), İntiqam Zairov (85 kq) və Nizami Paşayev (94 kq), Londonda isə Boyanka Kostova (58 kq) və İntiqam Zairovun (94 kq) dopinq-testlərinin təkrar analizləri müsbət nəticə verib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=102026

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930