Rusiyada ailəni yanğından qurtaran azərbaycanlı polis danışdı – FOTO

23.10.2017 - 14:23

Rusiyanın Sverdlovsk vilayətində bir ailəni yanğından xilas edən azərbaycan əsilli YHTDİ-nin (Yol Hərəkəti Təhlükəsizliyinin Dövlət inspeksiyası) əməkdaşı Baxış Kərimov hadisə ilə bağlı danışıb.

Oxu.Az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, Kərimov hadisə yerinə təsadüfən gəlib.

“Mən növbəm bitdikdən sonra evə gedirdim və alov gördüm. Yanğınsöndürənlərə zəng etdim, sonra şüşəni sındırıb içəri girdim. Orada qadın və kişi yatırdı. Onları oyadanda dedilər ki, evdə dörd uşaq  da var”, – deyə Kərimov bildirib.

O bildirib ki, o vaxta qədər iki anbarı və hamamı da alov bürümüşdü. Polis uşaqların (2-7 yaş arası iki qız və iki oğlan) yatdığı otağa daxil olub və onları bir-bir çıxararaq, analarına ötürüb.

“Heç kimdən qorxum yoxdur. O an qorxu haqda düşünmürdüm. Lazımdırsa, demək ki, lazımdır. Bu, bizim işimizdir. Hər kəs ağlayırdı, valideynlər də, uşaqlar da. Onlar hələ də şokdadırlar”, – deyə polis bildirib.

Rusiya mətbuatı isə yazır ki, əgər polis əməkdaşı işdən 15 dəqiqə gec çıxsaydı, ev tamamilə yanmış olacaqdı. Hazırda YHTDİ-də B.Kərimovu mükafatlandırmaq üçün sənədlər hazırlayırlar.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=102205

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930