Yunanıstan səfiri BSU-da qonaq olub-FOTO

22.11.2017 - 08:57

21 noyabr tarixində Yunanıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolaos Kanellos Bakı Slavyan Universitetində (BSU) olub.  Qonaq  əvvəl BSU-da fəaliyyət göstərən Müasir Yunan Dili və Mədəniyyəti Mərkəzində yunan dili ixtisası üzrə təhsil alan tələbələrlə görüşüb, onlarla dialoqa girib. Səfir burada keçdiyi həyat yolundan, diplomatik fəaliyyətindən. incəsənətə marağından söhbət açıb və gənclərə tövsiyyələrini verib.

Sonra səfiri BSU-nun rektoru, professor Nurlana Əliyeva qəbul edərək, Yunanıstanla Azərbaycan Respublikası arasında bütün zamanlarda səmimi dostluq və qardaşlıq münasibətlərinin olduğunu bildirib. O, səfirin çoxillik diplomatik fəaliyyəti barədə məlumatlı olduğunu qeyd edərək, onun uzun zaman müxtəlif ölkələrdə Yunanıstanı təmsil etməklə bərabər, həm də istedadlı rəssam, sənət adamı olmasını da diqqətə çatdırıb.Rektor Bakı Slavyan Universitetində Müasir Yunan Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyət göstərdiyini, burada 46 nəfər tələbənin qədim ellada xalqının dilini, tarixini, mədəniyyətini, etnoqrafiyasını öyrəndiyini deyib. N.Əliyeva Yunanıstanın tarixin ən qədim dövrlərindən öz alim və filosofları ilə, ədəbiyyat və incəsənət xadimləri ilə dünyada tanındığını vurğulayıb. O, Azərbaycanın orta və ali məktəblərində Homerin “İlliada” və “Odesseya” əsərlərinin tədris olunduğunu, hər zaman  sevilə-sevilə oxunduğunu deyib.

BSU rektoru Azərbaycanın müstəqillik tarixinin  bir o qədər də uzun olmadığını, bununla bərabər dünyanın aparıcı dövlətləri ilə bir cərgədə dayandığını söyləyib. O, BSU-nun Yunanıstan Respublikasının bir çox universitetləri ilə yaxın əlaqələrə malik olduğunu, tələbə -müəllim mübadiləsi apardığını, Yunanıstan səfirliyinin Bakı Slavyan Universitetində keçirilən “Səfir saat”larında fəal iştirak etdiyini nəzərə çatdırıb.

Rektor  ötən bir çox ölkələrin səfirliklərinin Azərbaycanda fəaliyyətə başlamaları ilə bağlı yubiley tədbirlərini BSU-da keçirdiklərini deyib. O, Rusiyanın, Belarusun, Ukraynanın və digər ölkələrin prezidentlərinin Bakı Slavyan Universitetində qonaq olduğunu, tələbələrlə görüşdüyünü diqqətə çatdırıb.

Yunanıstan Respublikasının Azərbaycandakı səfirliyinin keçirmək istədiyi tədbirlərə ev sahibliyi etməyə hazır olduqlarını bildirən rektor  həm də BSU-nun Yunanıstan universitetlərindən biri ilə beynəlxalq elmi konfrans keçirmək arzusunu  dilə gətirib.

N.Əliyeva Azərbaycan xalqının sülhsevər, multikultural dəyərlərə sadiq olduğunu vurğulayıb və qeyd edib ki, dövlətimiz öz torpaqlarını hərbi yolla geri qaytarmağa qadirdir, lakin biz müharibə istəmədiyimizdən məsələni danışıqlar yolu ilə,qan tökülmədən həll etmək istəyirik.

Səfir Nikolaos Kanellos  cavab nitqində Azərbaycanda olmasından  şərəf  duyduğunu  bildirib. O, sentyabr  ayından Bakıda olsa da, artıq Azərbaycan təhsilinin əsas prinsipləri ilə tanış olduğunu, onun  mütərəqqi bir sistemi özündə ehtiva etdiyini qeyd edib.

Diplomat BSU-da 11 ölkənin mədəniyyət mərkəzinin olmasını yüksək dəyərləndirərək, həmin ölkələrin səfirlərinin BSU-da bir araya gələrək “Təhsilin gələcəyi-Azərbaycanın gələcəyi” mövzusunda bir dəyirmi masanın keçirilməsinin arzuedilən olduğunu vurğulayıb. O, bunu birbaşa səfirlik və ya BSU-da fəaliyyət göstərən Müasir Yunan Dili və Mədəniyyəti Mərkəzi vasitəsilə etməyin mümkünlüyünü qeyd edib.

Görüş zamanı tədbirin əsas detalları da müzakirə mövzusu olub, onun  fevral ayında keçirilməsi planlaşdırılıb.  Səfir BSU rəhbərliyini öz ölkəsinə dəvət edib.  O, məqsədinin həm ölkələrarası münasibətlərin daha  da inkişaf etdirilməsi, həm də təhsil sahəsində əməkdaşlığın möhkəmləndirilməsi olduğunu bildirib.

Görüşün sonunda BSU-nun rektoru qonağa hədiyyələr bağışlayıb. Səfir isə öz rəsm əsərlərindən ibarət kitabı universitet rəhbərliyinə təqdim edib.

Cumhuriyyet.net

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=105105

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930