İsmayıllıda Ədliyyə işçilərinin peşə bayramı günü qeyd edilib-FOTO

22.11.2017 - 16:53

Ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə İsmayıllıda təntənəli tədbir keçirilib. Ədliyyə işçiləri rayon icra hakimiyyətinin və hüquq mühafizə orqanlarının rəhbərləri ilə birgə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Tədbir rayon icra hakimiyyətinin konfrans zalında davam etdirilib. Ismayıllı rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bayram tədbirini giriş nitqi ilə açaraq ədliyyə işçilərini təbrik edib, onların rayondakı fəaliyyətinin nəticələrindən razılığını bildirib. Hüquqi fəaliyyətdə daha çox fərqlənən ədliyyə işçilərinə RİH başçısının fəxri fərmanları verilib.

Rayon məhkəməsinin hakimi Rəfail Şirinov ədliyyə orqanlarının inkişaf tarixindən, bu günündən, ümummilli lider Heydər Əliyevin ədliyyə sistemində apardığı köklü islahatların nəticələrindən, ölkədə qanunçuluğun möhkəmləndirilməsində cənab Prezident İlham Əliyevin həyata keçirdiyi səmərəli tədbirlərdən ətraflı danışıb və minnətdarlığını bildirib.

RİH başçısının müavini, YAP rayon  təşkilatının sədri Sevil Əhmədova, rayon prokuroru Ülvi Abbasov, rayon polis şöbəsinin rəisi Telman Ağasıyev, Hərbi Xidmətə Çağırış və Səfərbərlik Xidməti rayon şöbəsinin rəisi Xamis Bədəlov və başqaları ədliyyə işçilərini təbrik ediblər.

Cumhuriyyet.net

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=105208

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930