Polislər RATİ-nin ofisinə girdi

08.08.2014 - 16:22

Bu gün günorta saatlarında Reportyorların
Azadlıq və Təhlükəsizlik İnstitunun ofisi – Rəşid  Behbudov 85/86 ünvanı
polis və mülki geyimli əməliyyatçılar tərəfindən mühasirəyə alınıb.
Onlar heç bir izah vemədən RATİ-nin əməkdaşlarından qapını açmağı tələb
ediblər. Bildiriblər ki, ofisə daxil olmaları üçün onlara şərait
yaradılmalıdır. RATİ-nin əməkdaşları bu tələbi qanunsuz sayaraq qapını
açmaqdan imtina ediblər.

Hadisə yerinə dərhal jurnalistlər yollanıb.
Lakin polis və mülki geyimlilər jurnalistləri ofisə buraxmatıblar və
mühasirədən kənarda saxlayıblar.

Nəhayət, hadisə yerinə RATİ-nin ofis üçün
icarəyə götürdüyü mülkün sahibi gəlib. O, təşkilatın əməkdaşlarından
qapını açmağı xahiş edib. Əməkdaşlar qapını açıblar. Bundan sonra
polislər ofisə daxil olublar. Polislərin ofisə niyə daxil olduqları
haqda jurnalistlərə heç bir məlumat verilməyib.

Polislər RATİ-nin ofisinə girdi

Polislər RATİ-nin ofisinə girdi

Short URL: http://www.cumhuriyyet.net/?p=10715

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31