Azərbaycanda yaradılan ilk aptek hələ də işləyir – 170 yaşı var – VİDEO

14.12.2017 - 11:34

Azərbaycanda 170 ilə yaxın yaşı olan ilk aptek hələ də əhaliyə xidmət edir

O vaxtlar yayılmış vəba, taun kimi xəstəliklərin balıqçılar arasında yayılmasının qarşısını almaq üçün 1850-ci ildə ilk aptek yaradılıb. Özü də balıqçı gəmisində.
Xezerxeber.az-ın məlumatına görə, XIX əsrdə yaradılmış ilk aptek indi də öz təyinatı üzrə faəliyyət göstərir.
Sözügedən aptek Neftçalanın Bankə qəsəbəsində yerləşir. Hələ XIX əsrin əvvəllərində rayonun Tatarməhlə kəndi ərazisində fəaliyyət göstərən “Allah mədəni” adlanan məşhur balıqçılıq müəssisəsi yandıqdan sonra 1841-ci ildə vətəgələr xəstəxana, inzibati idarə və yaşayış sahələri ilə birlikdə Bankəyə köçürülür. Yerli əhali ilə yanaşı balıq vətəgələrində yüzlərlə İrandan gələn həmişəri, rus, tatar, gürcü muzdlular çalışır. O vaxtlar vəba, taun kimi xəstəliklərin balıqçılar arasında yayılmasının qarşısını almaq üçün zəruri tədbirlər də görülür. Məhz həmin dövrdə-1850-ci ildə Bankədə, balıqçı gəmisində ilk aptek yaradılır.
O dövrdə qəsəbədə fəhlələr üçün daşdan hörülmüş, taxtadan düzəldilmiş 1-2 mərtəbəli binalar inşa edilib. Artıq kombinatda sıxlıq olduğundan Bankə balıq vətəgəsi xəstəxanası və aptek həmin binaların birində yerləşdirilib.
Azərbaycanda ilk yaradılan aptek əvəllər olduğu kimi bu gün təkcə qəsəbənin deyil, hətta qonşu kəndlərin də əhalisinə xidmət gödtərir. Lakin 170 ilə yaxın yaşı olan aptekin yerləşdiyi tarixi binanın əsaslı təmirə ehtiyacı var.

Cumhuriyyet.net mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=107313

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930