“Qarabağ” futbolçusunu 1 milyon avroya Çin klubuna satır

14.12.2017 - 16:32

“Qarabağ”ın futbolçusu Dino Ndlovu Çinə transfer oluna bilər.

Cumhuriyyet.net  goal.com-a istinadən xəbər verir ki, CAR yığmasının üzvünü Çinin “Hançjou Qrintaun” klubu transfer etmək istəyir.

Məlumata görə, hazırda iki klub arasında danışıqlar gedir. CAR-ın soccerladuma.co.za saytı da Din Ndlovunun “Hançjou Qrintaun” klubuna transferi ilə bağlı yazıb. Saytın iddiasına görə, “Qarabağ” Çin klubundan 1 milyon avro tələb edir.

Qeyd edək ki, Dino Ndlovu ötən mövsümdən çıxış etdiyi “Qarabağ”ın heyətində 59 oyun keçirib və 24 qol vurub. O, Azərbaycan çempionluğunu qazanıb, Çempionlar Liqasının qrupunda oynayıb.

“Hançjou Qrintaun” hazırda Çin I Liqasında çıxış edir. Bu komandada 2008-ci ildə “Neftçi”nin və hazırkı “Keşlə”nin (keçmiş “İnter” klubu) sabiq yarımmüdafiəçisi Slavço Georgiyevski də forma geyinib. Dino Ndlovu İdman Araşdırmalar Mərkəzinin idman jurnalistləri arasında keçirdiyi sorğu nəticəsində Azərbaycanda “ilin əcnəbi idmançısı” nominasiyası üzrə qalib kimi ötən gün mükafatlandırıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=107352

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930