BSU-da “Elçinin “Baş” romanı struktur- funksional təhlil müstəvisində” monoqrafiyasının təqdimat mərasimi olub

15.12.2017 - 18:15

Dekabrın 14-də Bakı Slavyan Universitetində (BSU) ədəbiyyatşünas- tənqidçi, professor Nizami Tağısoyun “Elçinin “Baş” romanı  struktur- funksional təhlil müstəvisində” monoqrafiyasının təqdimat mərasimi keçirilib. Mərasimi giriş sözü ilə BSU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, professor Rəhilə Qeybullayeva açıb.

Tədbirin moderatoru BSU-nun Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Leyla İmaməliyeva tədbirdə iştirak edən ədəbiyyatşünas-tənqidçilərə söz verib.

Təqdimat mərasimində  AMEA- nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, professor Məmməd Əliyev, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Yaradıcılıq şöbəsinin müdiri, professor Vüqar Əhməd, aparıcı elmi işçi, professor Baba Babayev, ADPU-nun professorları Himalay Qasımov, Elman Quliyev, Təyyar Salamoğlu, Yaqub Babayev, professor Abid Tahirli, BSU- nun Azərbaycan filologiyası və jurnalistika fakültəsinin dekanı, dosent Nuridə Novruzova və filologiya və xarici dil müəllimliyi fakültəsinin dekanı, professor İlyas Həmidov, BSU-nun professorları Naidə Məmmədxanova, Rəhilə Quliyeva, Rüstəm Kamal və başqaları çıxış ediblər. Natiqlər Nizami Tağısoyun adıçəkilən monoqrafiyasında əsərin struktur-funksional xüsusiyyətlərinin, Elçinin “Baş” romanının poetikasının doğru, dürüst nəzəri-metodoloji yöndən araşdırıldığını bildiriblər. Çıxışçılar Nizami Tağısoyun monoqrafiyasının məziyyətlərindən danışıb, monoqrafiyada qoyulan məsələlərin ədəbiyyatşünaslığımızda, nəzəriyyə sahəsində dəyərli və orijinal əsər olduğunu  qeyd ediblər.

Sonda tədbirdə iştirak edən BSU-nun tələbə və magistrantları Nizami Tağısoyun “Elçinin “Baş” romanı  struktur- funksional təhlil müstəvisində” monoqrafiyasının özəl cizgiləri üzərində dayanaraq N.Tağısoya gələcək tədqiqatlarında uğurlar arzulayıblar.

Cumhuriyyet.net

 

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=107470

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031