Hakimiyyət "mühacir ovu"na başlayır
Azərbaycan hökuməti ölkə daxilində repressiya siyasətini
gücləndirməklə kifayətlənmir. Fəal mühacirləri də özünə təhlükə sayan
iqtidarın onlarla da bağlı planı var. Bu barədə “Azadlıq”a məlumat verən
mənbənin sözlərinə görə, iqtidar bəzi nüfuzlu mühacirləri müxtəlif
vasitələrlə ələ almaq niyyətindədir. Iddialara görə, artıq prosesə start
verilib.
Bəzi mühacirlərlə danışıqlar aparılıb, onlara şirnikləndirici vədlər
verilib. Hətta onlardan təklifə razılıq verənlərin də olduğu bildirilir.
“Xaricdə sığınacaq almış jurnalistlərə pul, mənzil və media orqanı
açmaq vədi verilib. Bunun müqabilində onlar Azərbaycana qayıtmalı,
Azərbaycanın müsbətə doğru dəyişdiyi, ölkənin sürətlə inkişaf etdiyi,
demokratik islahatların aparıldığı, söz və mətbuat azadlığının olduğu
barədə bəyanat verməlidir. Eyni zamanda digər mühacirlərə ölkəyə
qayıtamaq çağırışı edilməlidir. Artıq bu təklifə razılıq verənlər var.
Güman ki, yaxın vaxtlarda bu şounun şahidi olacağıq”, – deyə mənbə
bildirib.
Məlumatda qeyd edilir ki, şirnikləndiri təkliflərlə razılaşmayan
fəalların Azərbaycandakı yaxınlarına təzyiq etməklə onları ram etmək
düşünülür. Mənbənin sözlərinə görə, ölkə daxilində aparılan repressiya
siyasətinin fonunda mühacirlərin ölkəyə qayıtması və hakimiyyətin
xeyrinə bəyanatlar verməsi iqtidara hava-su kimi lazımdır. “Ona görə də
bu məsələ ilə bağlı ciddi iş aparılır”, – deyə mənbə əlavə edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=10774