Ön cəbhədən reportaj
Soçidə
Prezidentlərin görüşü ərəfəsində də Ermənistan silahlı qüvvələri cəbhə
xətti boyunca təxribatlarına ara vermir. Bu gün də Tovuzun Hacıalılı
kəndi ərazisində Azərbaycan vətəndaşına aid avtomobil atəşə tutulub.
Cəbhəyanı kəndlər mütamadi olaraq güləbarana məruz qalır.
ANS
TV-nin məlumatına görə, mülki şəxslər atəşkəsin pozulmasından zərər
görsə də buna baxmayaraq səngərlərdə xidmət çəkən əsgərlər döyüş ruhuna
köklənib. Onlardakı bu ruh yüksəkliyi bir qrup jurnalist və
qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə səngərdə olan bölgə
müxbirimizin də diqqətini cəlb edib.
“Dağların
ətəyi boyunca çəkilmiş bu yollar bizi cəbhənin ön xəttinə aparır. Hərbi
avtomobildə irəliləmək bu şəraitə uyğunlaşmayanlar üçün elə də asan
deyil. Yol boyunca qarşı tərəfin hərbi postları görünür. Bəzi ərazilərdə
Azərbaycan hərbi postları, əksəriyyətin də isə erməni postlarının
yüksəklikdə yerləşdiyi müşahidə olunur. Budur qoşunların təmas
xəttindəki posta çatırıq. Buradan qarşı tərəfin hərbi məntəqələri və
kəndləri görsənir”.
Hərbçilər deyir ki, gecə-gündüz ermənilər onları hədəfə almağa çalışırlar, lakin səngərdəki əsgərlər ayıq-sayıq görünür.
Tağım
komandir Nurlan Səfərov deyir ki, “Ön cəbhədə xidmət çəkmək hər bir
oğul üçün şərəf olduğu kimi bizim üçün də şərəfdir. Bu bir şərəfdir və
qürur hissidir. Bu gün səngərdə xidmət eləməkdən, xalqımızı qorumaqdan
mən şərəf duyuram. Son zamanlar atəşkəs intensiv pozulmağına baxmayaraq
düşmən layiqli cavabını alır, hər zaman bu belə olub, belə də olacaq.
Ali Baş Komandanın əmrini icra etməyə və torpaqlarımızı azad etməyə
hazırıq və buna qadir bizim güclü ordumuz var.”
dayandığımız səngər Tovuz rayonun Hacıallı kəndindəki N saylı hərbi
hissədə yerləşir. Buradan Ermənistanın Berd rayonunun əraziləri və
qoşunların təmas xətti açıq-aydın görünür. Ermənistan hərbi
birləşmələrinin ən yaxın postu bu ərazidən təxminən 300 metr
uzaqlıqdadır”.Jurnalistlərdən, QHT nümayəndələri və həbçilərdən ibarət qrup da səngərdəki vəziyyətlə tanış olmaq üçün buradadır.
Ehtiyatda
olan zabit Gülarə Musayeva bildirir ki, “Azərbaycan oğulları, türk
oğulları – yeni nəsillər dünyaya gətirmək üçün bu oğullar yaşamalıdır.
Yaşamalıdırlar ki, bizim sayımız qat-qat çox olsun və düşmən həmişə
bizim qarşımızda tir-tir əssin, necə ki, indi əsir”.
Hərbi
məntəqədə hər şey nizam-intizamlıdır. Hərbçilərimiz hər bir hücuma
hazır görünür. Gənc əsgərdən tutmuş komandirə qədər hər kəs ön cəbhədəki
gərgin və qeyri-sabit vəziyyətə baxmayaraq qonaqlarn gəlişindən
məmnundurlar.
Əsgər
Fərhad Həsənov vurğulayır ki, “Mən fəxr edirəm ki, ön cəbhədə xidmət
edirəm, burda xidmət çətin olsa da mən bununla şərəf duyuram”.
Bu
ərazilərdə Ermənistan silahlıları bu gün Azərbaycan vətəndaşının
avtomobilini də vurub. Biləsuvar sakini 25 yaşlı Əflat Məmmədliyə məxsus
VAZ 2107 markalı avtomobil Tovuzun Hacıalılı kəndi ərazindən keçərkən
qarşı tərəfdən atəş açılıb, nəticədə avtomobil yanaraq yararsız hala
düşüb. Lakin xəsarət alan olmayıb. Bu cür təxribatlar qarşı tərəfdən
mütəmadi törədilir. Bununla belə səngərlərdə əsgərlər ruhdan düşməyib.
Ön xətti tərk edib geriyə qayıdırıq. Əsgər və zabitlər isə gecə-gündüz demədən vətənin keşiyini çəkməyə davam edir.
Short URL: http://www.cumhuriyyet.net/?p=10780