Ermənilər 10 rayonumuzu atəşə tutdu

10.08.2014 - 10:30

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 57 dəfə pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində, Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Vozaşen, Berkaber və Paravakar, Noyemberyan rayonunun Şavarşavan və Voskepar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qızılhacılı, Aşağı Əskipara və Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində yerləşən mövqelərimiz də atəşə məruz qalıb.
Ağdam rayonunun Mərzili, Yusifcanlı, Şuraabad, Şıxlar, Baş Qərvənd, Tərtər rayonunun Çiləbürt, Göyarx, Qızıl Oba, Füzuli rayonunun Aşağı Veysəlli, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.
Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ərəfəsində erməni tərəfi təxribata əl atıb

Düşmənin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun bir əsgəri şəhid olub, biri isə yaralanıb

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ərəfəsində erməni tərəfi təxribata əl atıb.

Avqustun 9-da erməni silahlı bölmələrinin atəşkəsi pozması
nəticəsində saat 22.30 radələrində Ermənistan-Azərbaycan sərhədinin
Tovuz rayonu ərazisində, qoşunların təmas xəttində, Azərbaycan
Silahlı Qüvvələrinin əsgəri, Ağsu rayonundan hərbi xidmətə çağırılmış,
1995-ci il təvəllüdlü Fətəlizadə Rüfət Nazim oğlu şəhid olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,
düşmənin avqustun 9-da atəşkəs pozması nəticəsində Azərbaycan Silahlı
Qüvvələrinin daha bir əsgəri isə yaralanıb.

Avqustun 9-da saat 19.45 radələrində Ermənistan-Azərbaycan sərhədinin Gədəbəy rayonu ərazisində, qoşunların təmas xəttində 1993-cü il təvəllüdlü, Mingəçevir şəhərindən hərbi xidmətə çağırılmış əsgər Tağıyev Orxan Qalib oğlu düşmən gülləsinə tuş gəlib.

Yaralı əsgər ilkin tibbi yardım göstərildikdən sonra hərbi tibb müəssisəsinə təxliyə
edilib. Hazırda əsgərin vəziyyəti kafidir, həkimlərin nəzarəti altındadır.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

Short URL: http://www.cumhuriyyet.net/?p=10786

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31