Ordu daha bir şəhid verdi
“Qafqazinfo” Müdafiə Nazirliyinin mətbuat xidmətinə
istinadən xəbər verir ki, avqustun 9-da ermənilərin atəşkəsi pozması
nəticəsində saat 22.30 radələrində Ermənistan-Azərbaycan sərhəddinin
Tovuz rayonu ərazisində, qoşunların təmas xəttində, Silahlı
Qüvvələrimizin 1995-ci il təvəllüdlü, Ağsu rayonundan hərbi xidmətə
çağırılmış əsgər Fətəlizadə Rüfət Nazim oğlu düşmən tərəfindən açılan
atəş nəticəsində şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir!
Allah Rəhmət eləsin!
Short URL: http://www.cumhuriyyet.net/?p=10792